
Bu gün ölkəmizdə Azərbaycan dilinin qorunması və saflığının təmin olunması istiqamətində geniş müzakirələr aparılır. Bir millətin dilini qoruması, həm də onun soyunu və kökünü yaşatması deməkdir. Necə ki, işğal altında olan torpaqlarımız azad edildi, eləcə də Azərbaycan dili yad təsirlərdən xilas edilməli, öz saf formasında yaşadılmalıdır. Azərbaycan dili dövlətin və millətin dilidir və dünya xalqları arasında Azərbaycan xalqını fərqləndirən mühüm amillərdən biridir. Hər bir Azərbaycanlı dilini qorumağa və onun saflığını təmin etməyə borcludur.
Bunu AZƏRTAC-a açıqlamasında Xalq artisti Nurəddin Mehdixanlı deyib.
O bildirib ki, dilin qorunmaması nəticəsində millətlər başqa dillərin təsiri altına düşə bilər: “Bu səbəbdən Azərbaycan dilinin müdafiəsi üçün xüsusi qanunlar qəbul edilib və hər bir vətəndaşın dövlət dilini bilməsi qanunvericiliklə tələb olunur. Dilin saflığını qorumaq üçün mənasız və ehtiyac olmayan xarici sözlərin işlədilməməsi tövsiyə olunur. Azərbaycan xalqı öz vətənini, torpağını və dilini eyni dərəcədə qorumalıdır”.
Nurəddin Mehdixanlı diqqətə çatdırıb ki, gənclər Azərbaycan dilinin yaşadılması və inkişaf etdirilməsi üçün fəal çalışmalıdırlar. Onlar dili öyrənməli, düzgün və səlis şəkildə istifadə etməlidirlər. Azərbaycan dilinin yad təsirindən tamamilə qurtarılması vacib məsələlərdəndir. Hər bir azərbaycanlı dilin qorunması və yaşadılması üçün bir-birinə nümunə olmalıdır.
















Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO









