Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Gənclik Platforması və Suraxanı Gənclər Evinin birgə təşkilatçılığı ilə ADPU-da Kənan Həmzəoğlunun müəllifi olduğu “Nuru paşa və Bakı zəfəri” adlı sənədli filminin təqdimatı keçirilib.
ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev tədbiri giriş sözü ilə açaraq Nuru paşanın Azərbaycan tarixindəki rolundan bəhs edib.
Daha sonra Kənan Həmzəoğlu qonaqları salamlayaraq tədbir iştirakçılarına öz minnətdarlığını bildirib. Filmin təqdimatından sonra tarixçilər Nəsiman Yaqublu və Mehman Süleymanov, həmçinin Milli Məclisin deputatı Fazil Mustafa çıxış edib.
Türkiyə Cumhuriyyətinin Azərbaycandakı səfirliyinin nümayəndəsi İrfan Çiftçi isə
Kənan Həmzəoğluna TBMM-də hazırlanmış Atatürk rozetini hədiyyə edərək onun fəaliyyətini yüksək qiymətləndirib. Azərbaycan Gənclik Platformasının sədri Fariz Vəliyev isə öz növbəsində ölkə rəhbərliyinə gənclərlə bağlı apardığı uğurlu siyasətə görə minnətdarlığını ifadə edib. Suraxanı Gənclər Evinin metodisti Kamil Yaqubov Suraxanı Gənclər Evinin daima rayon gənclərinə dəstək olduğunu vurğulayaraq Kənan Həmzəoğluna fəaliyyətində uğurlar diləyib. Tədbirin sonunda qonaqlarla xatirə şəkli çəkdirilib.
Filmin tam versiyasını bu linkdən izləyə bilərsiniz:
https://www.youtube.com/watch?v=tf5lGMLUx1o&t=3s
















Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib
Prezident İlham Əliyev Düşənbədə MDB dövlət başçılarının qeyri-rəsmi şam yeməyində iştirak edib VİDEO









