
Nyu-Yorkda COP29 Sədrliyi, Bioloji Müxtəliflik Konvensiyası və Səhralaşma ilə Mübarizəyə dair Konvensiyanın iştirakı ilə “Rio Üçlüyü” (Rio Trio) təsis olunub.
AZƏRTAC-ın məlumatına görə, təsislə bağlı konfransda çıxış edən COP29-un Prezidenti Muxtar Babayev Bioloji Müxtəliflik Konvensiyasına sədrlik edəcək Kolumbiya və Səhralaşma ilə Mübarizəyə dair Konvensiyaya sədrlik edəcək Səudiyyə Ərəbistanına təşəkkür edərək bu təşəbbüsün irəli sürülməsində onların müstəsna rolunu qeyd edib. Onun sözlərinə görə, iqlim böhranı, biomüxtəlifliyin itməsi və səhralaşma bir-biri ilə dərin əlaqəli təhdidlərdir. O, İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin, Biomüxtəliflik və Ekosistem Xidmətlərinə dair Hökumətlərarası Elmi-Siyasət Platforması, Standartlaşdırılmış Yağıntı İndeksinin yaydığı hesabatların planetin qaranlıq mənzərəsini ortaya qoyduğunu bildirib və qeyd edib ki, bu təşəbbüs birgə problemlərin həlli üçün çərçivələr yaradaraq hər bir konvensiyanın gücündən necə istifadə edə biləcəyimizi nümayiş etdirir.
Muxtar Babayevin sözlərinə görə, bu təşəbbüsün gələcək COP sədrlikləri və nəsillər tərəfindən davam etdirməsi çox vacibdir.
Tədbirdə çıxış edən Bioloji Müxtəliflik və Səhralaşma ilə Mübarizəyə dair konvensiyaların nümayəndələri, digər BMT agentliklərinin, tərəf ölkələrin təmsilçiləri dünyada biomüxtəlifliyin pozulması və səhralaşmaya yol açan problemlər barədə danışıb, yeni təşəbbüsün bu təhdidlərin həlli istiqamətində görə biləcəyi işlər barədə fikir mübadiləsi aparıblar.
Sonda öhdəlik və ilkin planları özündə əks etdirən Birgə Bəyannamə qəbul olunub.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Nyu-York










 
         
         
        





 
                 Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
	                            Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
	                            Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
	                            Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
	                            Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib
	                            Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib





 
                    


 
 
    
   
  
     
		   
		   
		

