Azərbaycanın Özbəkistandakı səfirliyi, bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Ziyouz.uz portalında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən məqalə yayılıb.
Məqalədə Dağlıq Qarabağın siyasi və hüquqi cəhətdən Azərbaycanın ərazisi olduğu vurğulanır.
Qeyd edilir ki, dünyanın heç bir ölkəsi Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu inkar etmir, hətta Ermənistanın özü belə Dağlıq Qarabağı tanımayıb və bu, mümkün deyil.
Oxucuların diqqətinə çatdırılır ki, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ regionunu və ona bitişik 7 rayonunu işğal edib, nəticədə 1 milyon azərbaycanlı öz yurd-yuvalarından qovulub, qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. BMT-nin Təhlükəsizlik Şurası Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarının qeyd-şərtsiz boşaldılması ilə əlaqədar dörd qətnamə qəbul edib. Lakin işğalçı dövlət hələ də bu qətnamələri yerinə yetirmək istəmir.
AZERTAC
















Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO









