RK(b)P Qafqaz bürosunun və Qafqaz cəbhəsi HİS-in üzvü Q.Orconikidzenin RSFSR xalq xarici işlər komissarı Q.Çiçerinə məktubu – 22 iyun 1920-ci il
Sizin Ermənistan və Azərbaycanın mübahisəli əraziləri haqqındakı teleqramınızı yalnız bu gecə aldım. Leqran və Ter-Qabrielyanla görüşdüm. Vəziyyət belədir. Azərbaycan Qarabağ və Zəngəzurun təcili və danışıqlarsız özünə birləşdirilməsində təkid edir. Məncə, bunu etmək lazımdır, çünki hər iki qəza iqtisadi cəhətdən Bakıya meyl edir və tamamilə İrəvandan ayrılıb, xüsulə də indi Bayazit türk diviziyasının araya girdiyi bir vaxtda. Həmin ərazilər mübahisəli qaldığı təqdirdə sözsüz ki, türklər tərəfindən tutulacaq və bütün erməni əhalisi doğranacaq. Biz bunun qarşısını heç cürə ala bilməyəcəyik. Onların Azərbaycana birləşdirilməsi Azərbaycan kommunistlərinin əllərini gücləndirə və köçərilən yolunu aça bilərdi. Ter-Qabrielyanın sözlərinə görə, erməni nümayəndə heyəti buna sözsüz razılaşacaq. Məsələ bu cür həll olunsa, Azərbaycanı qalan vilayətlərdən imtinaya məcbur etmək olar. Mənim rəyim belədir – Qarabağ və Zəngəzur təcili olaraq Azərbaycana birləşdirilməlidir. Mən Azərbaycanı bu vilayətlərin muxtariyyətini elan etməyə məcbur edəcəm. Amma bu, müqavilədə xatırlanmamalıdır, təklif Azərbaycanın özündən gəlməlidir.
РГАСПИ. Ф. 64. On. 1. Д. 17. Лл. 66—71.
Genoside.ru
Hazırladı : Gündüz Nəsibov