
Sentyabrın 12-də Birinci Qarabağ müharibəsinin itkin şəhidi Murad Məlikməmməd oğlu Vəliyev Qubada dəfn edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 1994-cü ildə şəhidlik zirvəsinə ucalan qəhrəman döyüşçü ölümündən 31 il sonra doğma yurdunda torpağa tapşırılıb.
Dəfn mərasimində şəhidin ailə üzvləri ilə yanaşı, Quba Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsinin, hüquq-mühafizə orqanlarının, rayon ictimaiyyətinin nümayəndələri, qazilər və sakinlər iştirak ediblər.
Vida mərasimi keçirildikdən sonra şəhid Murad Vəliyev doğulub boya-başa çatdığı Quba rayonunun Nütəh kəndində dəfn edilib.
Dəfn mərasimində “Şəhidlər ölməz, Vətən bölünməz” şüarları səsləndirilib, şəhidlərin ruhuna dualar oxunub, Azərbaycanın üçrəngli Bayrağı şəhidin ailəsinə təqdim edilib.
Murad Vəliyev 1971-ci il aprelin 5-də Qubanın Nütəh kəndində kəndində anadan olub. 1992-ci ildə könüllü olaraq Birinci Qarabağ müharibəsinə qoşulub. Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmanlıqla döyüşüb. Bu vaxta kimi itkin düşmüş hesab olunurdu. Şəhid Murad Vəliyevin qalıqları Füzuli rayonunun Seyidəhmədli kəndi ərazisində aşkarlanıb.
















Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib









