Fevralın 2-də Pakistan İslam Respublikasının Milli Assambleyasının xarici əlaqələr üzrə daimi komitəsi 32-ci iclasında Azərbaycan Respublikası hökuməti və xalqı ilə həmrəylik nümayiş etdirərək qətnamə qəbul edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qətnamədə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı və 26 fevral 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərində mülki əhaliyə qarşı törədilmiş soyqırımı pislənilir.
Xarici əlaqələr üzrə daimi komitə bir daha Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünü beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində təsdiqləyir. Komitə, həmçinin BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması ilə bağlı qəbul etdiyi qətnamələrin icra olunmasını tələb edir və beynəlxalq ictimaiyyəti və beynəlxalq təşkilatları Ermənistanı bu qərarların icrasına vadar etməyə çağırır.

















Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib









