İtaliya ATƏT-ə sədrlik edəcək ölkə və BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əlindən gələni edəcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri noyabrın 7-də İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Paolo Centiloni Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
Nazir Elmar Məmmədyarov İtaliyanın neft-kimya sahəsində çoxlu şirkətlərinin ümayəndələrinin ölkəmizə gəldiyini bildirib. O, ölkələrimiz arasında bir çox sahələrdə, o cümlədən kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsinin önəmini qeyd edib.
Azərbaycana ilk dəfə səfər etdiyini deyən Paolo Centiloni ölkələrimiz arasında çox yaxın münasibətlərin olduğunu vurğulayıb. O, səfər çərçivəsində ikitərəfli əməkdaşlığın inkişafına dair səmərəli müzakirələr aparıldığını bildirib. İtaliyalı nazir TAP və TANAP kimi layihələrin ölkələrimiz arasında yalnız enerji istiqamətində deyil, digər sahələrdə də əlaqələrin inkişafına müsbət təsir göstərəcəyini qeyd edib.
AZƏRTAC

















Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib









