
Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının təşkilatçılığı, Azərbaycan səfirliyiin dəstəyi ilə Parisdə fəaliyyət göstərən “Natəvan” məktəbinin şagirdləri ilə Yeni il bayramı qeyd olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə “Natəvan” məktəbinin müəllim kollektivi, şagirdləri və onların valideynləri, eləcə də səfirliyimizin diplomatları iştirak ediblər. Məktəbin müəllim kollektivi və milli geyimdə olan şagirdləri səfirliyimizin Mədəniyyət Mərkəzində əsl bayram əhval-ruhiyyəsi yaradıblar.
Tədbirdə Fransadakı səfirimiz Leyla Abdullayeva çıxış edərək məktəbin müəllim kollektivini, şagirdləri, onların valideynlərini qarşıdan gələn Yeni il münasibəti ilə təbrik edib, onlara əmin-amanlıq, firavan həyat arzulayıb.
Sonra “Natəvan” məktəbinin şagirdlərinin Yeni il münasibətilə hazırladıqları ədəbi-musiqili proqram nümayiş olunub. Qışın simvolu olan Şaxta baba uşaqlara Yeni il hədiyyəsi verib.
















Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO








