
Bu gündən etibarən Türkiyədən Azərbaycana, Azərbaycandan Türkiyəyə, xüsusən də Marqara-Yeğeqnadzor-Sisian-Gorus marşrutu ilə yük maşınlarının tranzitini təmin etməyə hazırıq.
AZƏRTAC xəbər verir ki bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan söyləyib.
Ermənistan hökumətinin başçısı bildirib ki, bu, indiki mərhələdə ölkənin tətbiq edə biləcəyi yeganə variantdır.
“Bir il səkkiz aydır Ermənistan-Azərbaycan sərhədində atəşkəsin pozulmaması nəticəsində bir nəfər belə olsun əsgər həlak olmayıb. Bir daha vurğulamaq istəyirəm ki, Ermənistanın bütün müstəqillik tarixində heç vaxt belə bir il səkkiz ay olmayıb”, – Azərbaycan ilə Ermənistan arasında sülhün bərqərar olduğunu vurğulayan Paşinyan deyib.
Nikol Paşinyan “Tramp yolu” layihəsinin həyata keçirilməsi üçün intensiv işlər aparıldığını da bildirib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
















Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib
Prezident İlham Əliyev Düşənbədə MDB dövlət başçılarının qeyri-rəsmi şam yeməyində iştirak edib VİDEO









