
Bakı və Abşeronda, eləcə də ölkənin bütün regionlarında payız ağac əkini mövsümü ilə əlaqədar ağacəkmə və meşəbərpa tədbirləri davam edir, meşə və qeyri-meşə fondu torpaqlarında hər bölgənin iqlim şəraitinə uyğun müxtəlif növ ağaclar əkilir, toxumlar səpilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova AZƏRTAC-a bildirib ki, mövsüm başlayandan bu günədək payız əkin planına uyğun olaraq ölkə ərazisində 528 min ağac əkilib, 28 ton toxum səpilib.
“Meşəbərpa tədbirləri bu gün Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşlarının iştirakı ilə Qəbələ, Quba, Şabran, Şamaxı, Lənkəran, Masallı, Tovuz, Şəmkir, Sabirabad, Bərdə və Ağcabədi rayonlarının meşə fondu torpaqlarının açıq və seyrək sahələrində keçirilib, gün ərzində 34 min ağac əkilib, 3 min kiloqram toxum səpilib”, – deyə İ.İbrahimova bildirib.
Nazirlik sözçüsü ağacəkmə tədbirlərində yaxından iştirak edən və ölkəmizin ətraf mühitinə töhfə verən bütün dövlət və özəl qurumlara, qeyri-hökumət təşkilatlarına və ictimaiyyət nümayəndələrinə təşəkkürünü bildirib.










        
        
        





                
	                            Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
	                            Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
	                            Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
	                            Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
	                            Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib





                    


 
    
   
 
    
		  
		  
		
