“Portuqaliya parlamentinin üzvü Rubini Berardinin Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfəri ilə əlaqədar Portuqaliyanın Azərbaycandakı müvəqqəti işlər vəkili XİN-nə dəvət olunub, məsələ ilə bağlı Azərbaycanın narahatlığı ifadə olunub”.
Bunu APA-ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev portuqaliyalı parlamentarın bu ayın ortalarında Dağlıq Qarabağa qanunsuz səfəri etməsi və görüşlər keçirməsini şərh edərkən deyib.
O bildirib ki, Portuqaliya nümayəndəsinin bu səfərinin fərdi xarakter daşıdığı, Portuqaliya XİN-nin internet saytında Dağlıq Qarabağa səfərlərdən çəkinmək üçün ölkə vətəndaşlarına xəbərdarlığın yerləşdirildiyi qeyd olunaraq, məsələ barəsində Azərbaycanın narahatlığının öz ölkəsinə çatdırılacağı bildirilib.
Hikmət Hacıyev qeyd edib ki, Portuqaliya beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini dəstəkləyir. Xarici işlər naziri Elmar Məmmədyarovun 2016-cı ilin noyabrında Portuqaliyaya rəsmi səfəri çərçivəsində Portuqaliyanın bu rəsmi mövqeyi ölkənin xarici işlər naziri və digər rəsmiləri tərəfindən bir daha səsləndirilib: “Ermənistan tərəfinin bu kimi lüzumsuz təxribatçı əməllərin əvəzinə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin münaqişənin həlli ilə əlaqədar təkliflərinə uyğun olaraq konstruktiv addımlar atması regionda davamlı sülh və təhlükəsizliyin təmin edilməsinə faydalı olardı”.
Hikmət Hacıyev onu da əlavə edib ki, haqqında bəhs olunan şəxsin adı arzuolunmaz şəxslər siyahısına daxil ediləcək.
https://apa.az/dagliq_qarabag/portuqaliyali-parlamentarin-adi-arzuolunmaz-sexsler-siyahisina-daxil-edilecek-1265.html

















Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO









