
Praqadakı Azərbaycan Mədəniyyət Evində Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri Praqadakı Azərbaycan Mədəniyyət Evinin rəhbəri, şair və dramaturq Leyla Begim aparıb. Qonaqlar arasında Azərbaycan diasporunun nümayəndələri, tələbələr, Azərbaycanın Çexiya Respublikasındakı səfirliyinin əməkdaşları da olub.
“Heydər Əliyev və mədəniyyət” sənədli filmi, həmçinin Nadejda İsmayılovanın “Bakı Nadejda ilə” müəllif proqramından fraqment nümayiş etdirilib.
Natiqlər Heydər Əliyevin mədəniyyət və incəsənət, xüsusilə ədəbiyyat, eləcə də təhsil məsələlərinə çox böyük diqqət yetirdiyini qeyd ediblər.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa