“Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Keçmiş məhkumların cəmiyyətə inteqrasiyasına, hüquq və azadlıqlarının təmin edilməsinə ictimai dəstək” layihəsinin icrasına başlamışdır.

Layihənin əsas məqsədi insan hüquqlarının ayrılmaz hissəsi olan məhkum hüquqlarının qorunması, cəza müddətinin bitməsinə az qalmış məhkumların cəmiyyətə sosial adaptasiyası və həmçinin cəza çəkməkdən azad edilmiş şəxslərin cəmiyyətə inteqrasiyasına kömək etmək, qanunvericiliyin müəyyən etdiyi hüquqlardan yararlanmalarına və təkrar cinayət törətmələrinə mane olmaqdır. Üç ay davam edəcək layihə çərçivəsində müəyyən olunmuş bir sıra cəzaçəkmə müəssisələrində (hər cəzaçəkmə müəssisəsində 20 məhkum olmaqla) cəza müddətinin bitməsinə az qalmış məhkumlarla maarifləndirici tədbirlər keçirilməsi habelə yüzə yaxın keçmiş məhkuma hüquqi və psixoloji yardımların göstərilməsi nəzərdə tutulur. Xüsusilə Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə bu günə qədər yüzlərlə keçmiş məhkuma hüquqi və psixoloji yardımlar göstərilmiş, onların cəmiyyətə adaptasiyası istiqamətində mühüm addımlar atılmışdır.
Mətbuat Xidməti
















Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib









