
“Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra etdiyi “Keçmiş məhkumların cəmiyyətə inteqrasiyasına, sosial hüquqlarının təmin edilməsinə dair tədbirlərin keçirilməsi” layihəsinin icrasını yekunlaşdırmışdır.
Layihənin əsas məqsədi insan hüquqlarının ayrılmaz hissəsi olan məhkum hüquqlarının qorunması, cəza müddətinin bitməsinə az qalmış məhkumların cəmiyyətə sosial adaptasiyası və həmçinin cəza çəkməkdən azad edilmiş şəxslərin cəmiyyətə inteqrasiyasına kömək etmək, qanunvericiliyin müəyyən etdiyi hüquqlardan yararlanmalarına və təkrar cinayət törətmələrinə mane olmaq olmuşdur.Üç ay davam edən layihə çərçivəsindəCəzaçəkmə müəssisələrində paylanmaq məqsədi ilə layihədə təqdim olunan xidmətlər və Koronavirusla (COVİD-19) mübarizədə məhkumların riayət etməli olduqları davranış qaydalarına dair marifləndirici posterlər hazırlanmış və Cəzaçəkmə müəssisələrinə göndərilmişdir.
Layihə çərçivəsində 60-dan yuxarı keçmiş məhkuma hüquqşünas və psixoloq tərəfindən məsləhətlər verilmiş, yardımlar göstərilmişdir.
Beləliklə son 5 ildəAzərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə beş yüzə yaxın cəza çəkən və keçmiş məhkuma hüquqi və psixoloji yardımlar göstərilmiş, onların cəmiyyətə adaptasiyası istiqamətində mühüm addımlar atılmışdır.
Mətbuat Xidməti
















Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər VIDEO
Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO









