Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 29-da Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosunda ABŞ-ın Dövlət katibi köməkçisinin birinci müavini Kent Loqsdonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı, ilk növbədə, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın göndərdiyi məktuba görə minnətdarlığını bildirdi, bunu güclü tərəfdaşlıq əlaqələrimizin göstəricisi kimi dəyərləndirdi və son bir neçə gündə ABŞ Prezidenti tərəfindən iki məktubun ünvanlanmasını yüksək qiymətləndirdi.
Qəbula görə minnətdarlığını bildirən Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosunda ABŞ-ın Dövlət katibi köməkçisinin birinci müavini Kent Loqsdon Bakıda keçirilən XXVI Beynəlxalq “Xəzər Neft və Qaz-2019” sərgi və konfransında iştirakdan məmnunluqlarını bildirdi və bu mühüm tədbirin 26-cı ildönümü münasibətilə təbriklərini çatdırdı.
Prezident İlham Əliyev Azərbaycanda keçirilən XXVI Beynəlxalq “Xəzər Neft və Qaz-2019” sərgi və konfransının əhəmiyyətinə toxundu, tədbirin uzun illərdir ki, dünyanın aparıcı şirkətlərini cəlb etdiyini vurğulayaraq Amerika Birləşmiş Ştatlarının burada geniş şəkildə təmsil olunmasının önəmini qeyd etdi.
Söhbət zamanı “Cənub Qaz Dəhlizi” layihəsinin icrası, energetika, bərpa olunan enerji mənbələri, biznes sahəsində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.
















Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib









