Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Moldova Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə bu ölkənin Prezidenti xanım Maya Sanduya təbrik məktubu ünvanlayıb.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı məktubunda bütün Moldova xalqını şəxsən öz adından və Azərbaycan xalqı adından ürəkdən təbrik edib.
İki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünün qeyd olunduğunu diqqətə çatdıran Prezident İlham Əliyev Azərbaycan-Moldova münasibətlərinin bu gün uğurla inkişaf etdiyini vurğulayıb. Həmçinin qeyd edilib ki, ötən dövr ərzində ölkələrimiz arasında siyasi dialoq və müxtəlif sahələrdə əməkdaşlıq genişlənib, xalqlarımız arasında tarixən mövcud olan təmaslar intensivləşib.
“İnanıram ki, ölkələrimiz arasında ənənəvi dostluq əlaqələri, qarşılıqlı faydalı əməkdaşlığımız bundan sonra da xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə daha da möhkəmlənəcəkdir”, – deyə Prezident İlham Əliyev vurğulayıb.
Dövlətimizin başçısı, həmçinin Prezident xanım Maya Sanduya ən xoş arzularını çatdırıb, dost Moldova xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıb.
















Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər VIDEO
Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO









