
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 7-də paytaxtın Nizami rayonunda 251 nömrəli tam orta məktəbdə aparılan əsaslı təmir işləri ilə tanış olub, bu təhsil ocağının yeni korpusunun açılışında iştirak edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına məktəbdə yaradılan şərait barədə məlumat verildi. Bildirildi ki, 1974-cü ildən fəaliyyətdə olan məktəbdə ümumilikdə 1700-ə yaxın şagird təhsil alır. Onların da təxminən yarısı ikinci növbədə dərsə gəlirdi. Böyük sıxlıq var idi. Yeni korpus bu problemi aradan qaldıracaq.
Yeni korpus 840 şagird yerlikdir. Burada kimya, fizika, biologiya laboratoriyaları, 35 sinif otağı, kitabxana, oxu zalı və yardımçı otaqlar var. Məktəbin şagirdləri də uğurları ilə fərqlənirlər. Onlar Rumıniyada, Türkiyədə keçirilən müsabiqələrin qalibləri olublar.
















Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib









