Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 24-də Belçika Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mişel Pitermansın etimadnaməsini qəbul edib.
AZƏRTAC xəbər verir ki, Belçika Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mişel Pitermans etimadnaməsini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim etdi.
Söhbət zamanı Azərbaycan Prezidenti İlham Əliyevin Belçika Krallığına səfərləri və bu səfərlər zamanı Belçikalıların Kralı Əlahəzrət Filiplə görüşləri xatırlanaraq, bu görüşlərdə ölkələrimiz arasında əməkdaşlığa dair çox səmərəli müzakirələrin aparıldığı bildirildi.
Görüşdə Azərbaycan Respublikası ilə Belçika Krallığı arasında əlaqələrin genişləndirilməsinin önəminə toxunularaq, əməkdaşlığın konkret sahələrinin müəyyənləşdirilməsi, o cümlədən ticarət dövriyyəsinin artırılması istiqamətində praktiki addımların atılmasının vacibliyi qeyd edildi.
Səfir Mişel Pitermansın ölkəmizdə diplomatik fəaliyyəti dövründə ikitərəfli münasibətlərin inkişafına töhfə verəcəyinə ümidvarlıq ifadə olundu.
















Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib









