
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də BP qrupunun baş icraçı direktoru Bernard Lunini qəbul edib.
AZƏRTAC xəbər verir ki, görüşdə BP şirkətinin SOCAR ilə uzun illər uğurlu əməkdaşlıq həyata keçirdiyi vurğulandı. Şirkətin bundan sonra da ölkəmizdə fəaliyyət göstərmək niyyəti ifadə olundu.
BP-nin Azərbaycanda yaşıl enerji növlərinə keçidlə bağlı verdiyi töhfə qeyd edildi. Şirkət tərəfindən Cəbrayılda inşa ediləcək 240 meqavatlıq günəş elektrik stansiyasının əhəmiyyətinə toxunuldu, bununla bağlı iyunun 4-də Şuşada BP ilə imzalanmış sənədin önəmi vurğulandı.
Söhbət zamanı gələcək planlar barədə fikir mübadiləsi aparıldı.
















Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib









