
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Laçın şəhərində “1 Dekabr” adı verilmiş küçədə lövhənin açılışını edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına küçədə görüləcək işlər və yaradılacaq şərait barədə məlumat verildi.
Bildirildi ki, 1 Dekabr küçəsi şəhərin diplomatik yolla işğaldan azad olunduğu tarixə əsasən belə adlandırılıb. Küçənin uzunluğu 1566 metr, eni isə 10 metr təşkil edir.
Prezident İlham Əliyev küçənin adının yazıldığı lövhənin üzərindən örtüyü götürdü.
Sonra dövlətimizin başçısı küçədə yerləşən və bərpa edilmiş yaşayış evində yaradılan şəraitlə tanış oldu.
















Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib









