
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 29-da Türkiyənin Diyanət İşləri İdarəsinin sədri Ali Erbaşı qəbul edib.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Türkiyə Respublikasının milli bayramı – Respublika Günü münasibətilə təbriklərini çatdırdı, türk xalqına xoşbəxtlik və rifah arzuladı.
Söhbət zamanı Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğanın ölkəmizə bu yaxınlardakı səfəri məmnunluqla xatırlandı, bu səfərin Azərbaycanla Türkiyə arasında qardaşlıq və dostluq münasibələtlərinin növbəti nümunəsi olduğu və əlaqələrimizi daha da möhkəmləndirdiyi vurğulandı.
Türkiyənin Diyanət İşləri İdarəsinin sədri Ali Erbaşın işğaldan azad olunmuş torpaqlarımıza səfər etməsinin önəminə toxunularaq, onun işğal dövründə bütün tarixi-dini abidələrin ermənilər tərəfindən məhv edildiyinin şahidi olduğu qeyd edildi.
Görüşdə ölkələrimiz arasında qardaşlıq və dostluq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi məmnunluqla vurğulandı.
















Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib









