“…Onu da qeyd etməliyəm ki, humanitar əməkdaşlığa, humanitar məsələlərin həllinə həmişə böyük diqqət göstərməyimizə baxmayaraq, xalqımız və dövlətimiz humanitar fəlakətlə üzləşmişdir.
Azərbaycanın ərazi bütövlüyü pozulmuşdur. Bizə qarşı işğalçı siyasət aparılır. Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazisi Ermənistanın işğalı altındadır. Bu işğal nəticəsində torpaqlarımızın 20 faizi ermənilər tərə findən zəbt edilibdir. Bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür və bizə qarşı etnik təmizləmə siyasəti aparılmışdır. Xocalı soyqırımı törədilmişdir ki, yüzlərlə günahsız insan bu soyqırımının qurbanı olmuşdur. Xocalı soyqırımını 10-dan çox ölkə rəsmi şəkildə soyqırımı kimi tanıyıbdır. Bu münaqişə, Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqi-şəsi ilə bağlı bütün mötəbər beynəlxalq təşkilatlar qərar və qətnamələr qəbul et mişlər. BMT Təhlükəsizlik Şurası 4 qət- namə qəbul etmişdir ki, orada erməni silahlı qüvvələrinin işğal edilmiş torpaq- lardan qeyd-şərtsiz çıxarılması tələb olunur. Əfsuslar olsun ki, bu qətnamələr icra edilmir və biz burada böyük ədalətsizliklə, ikili standartlarla üzləşirik. Çünki biz yaxşı bilirik ki, bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir gün ərzində icra edilir. Ancaq bizim üçün ən vacib məsələdə 20 ildən artıqdır ki, bu qətnamələr kağız üzərində qalıbdır. ATƏT, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası Parlament Assambleyası və digər beynəlxalq təşkilatlar Azərbaycanın ərazibütövlüyünü dəstəkləyən qərar və qətnamələr qəbul etmişlər və bu format, bu hüquqi baza münaqişənin həlli üçün yeganə yoldur.
Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır və qeydşərtsiz bərpa edilməlidir. İşğaldan əziyyət çəkən, öz yerindən didərgin düşən soydaşlarımız doğma torpaqlarına qayıtma lıdırlar. Baxmayaraq ki, o torpaqlarda artıq həyat yoxdur, hər şey dağıdılıb. ATƏT-in faktaraşdırıcı və qiymətləndir- mə missiyaları işğal edilmiş torpaqlara iki dəfə ezam olunmuşdur və onların məruzələrində açıq-aydın göstərilir ki, hər şey dağıdılıb. Bizim məscidlərimiz, əcdadlarımızın qəbirləri, tarixi abidələrimiz dağıdılıb, muzeylərimiz talan edilib. Yəni, bu, böyük humanitar fəlakətdir və Azərbaycan təkbaşına, öz gücü hesabı- na bu humanitar məsələnin həlli, köç künlərin yerləşdirilməsi, onları işlə təmin etmək üçün böyük işlər görüb və hələ bu işlər davam edir. Çünki köçkünlərin bir hissəsi hələ ki, ağır vəziyyətdə yaşayır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bölgə üçün ən böyük təhlükədir. Bu münaqişənin tezliklə beynəlxalq hüququn norma və prinsipləri əsasında həll olunması bölgəyə sülh, daha da böyük inkişaf gətirəcək, regional əməkdaşlıq üçün də yeni imkanlar yaradacaqdır. Bu ağır vəziyyətə baxmayaraq, Azərbaycanın inkişafı da- yanıqlı olmuşdur, o cümlədən biz humanitar sahədə son illərdə böyük uğurlara imza atmışıq. Humanitar sahə bizim hö- kumətimiz üçün prioritet sahələrdən biridir və bu sahəyə investisiyalar qoyulur. Eyni zamanda, hesab edirəm ki, Azərbaycanda humanitar məsələlər uğurla öz həllini tapır.
Təhsilə böyük diqqət göstərilir. Son 10 il ərzində 3 minə yaxın yeni məktəb tikilibdir. Təhsilin keyfiyyətinin artırılması üçün islahatlar aparılır. Hesab edi- rəm ki, biz yaxın gələcəkdə bu islahatların gözəl nəticələrini görəcəyik. Eyni zamanda, Azərbaycan gəncləri dövlət vəsaiti hesabına dünyanın aparıcı ali məktəblərinə oxumağa göndərilirlər və onlar gələcəkdə ölkəmizin inkişafında öz sözlərini deyəcəklər.
Səhiyyə sisteminin təkmilləşdirilməsi məsələsi çox aktualdır. Nəzərə alsaq ki, müstəqilliyimizin ilk illərində səhiyyə sisteminin maddi-texniki bazası tamamilə yararsız vəziyyətə düşmüşdü və biz böyük investisiyalar qoymaqla müasir səhiyyə infrastrukturunu yaratmışıq. Son 10 ildə 500-dən çox səhiyyə ocağı tikilib, təmir edilib və bu gün onların bir çoxu ən yüksək standartlara cavab veri r.
Bizim mədəniyyətlə bağlı təşəbbüs lərimiz öz nəticəsini verir. Azərbaycan- da mütəmadi qaydada beynəlxalq tədbirlər, festivallar, konkurslar keçirilir. Bizim tarixi abidələrimiz bərpa edilir, xüsusi proqram icra olunubdur. Azərbaycanda çoxlu qədim tarixi abidələr var. Onlar bizim milli sərvətimizdir, o cümlə- dən dini abidələrimiz dövlət tərəfindən bərpa edilir və yeniləri tikilir. Qeyd et- məliyəm ki, dünyanın ən qədim məscid lərindən biri olan Şamaxı Cümə məsci- di əsaslı şəkildə bərpa edilibdir. Bu məscid 743-cü ildə Şamaxı şəhərində tikilmişdir və müsəlman aləmində ən qədim məscidlərdən biridir. Şəki rayonunun Kiş kəndində Qafqazın ən qədim kilsəsi yerləşir. O kilsə də bərpa edilib və bu, bizim milli sərvətimizdir. Azər- baycanda pravoslav kilsələr, katolik kilsə, sinaqoqlar dövlətin dəstəyi ilə əsaslı şəkildə təmir edilib. Yəni, bu, bizim böyük sərvətimizdir və bir daha demək istəyirəm ki, multimədəniyyətli cəmiyyət, dinlərarası dialoq, xalqlar arasındakı dostluq, qardaşlıq bizim dövlətimizi gücləndirir. Çünki bu, cəmiyyətdə çox gözəl ab-hava yaradır. Bir daha demək istəyirəm ki, bu, həm dövlət siyasətidir, eyni zamanda, cəmiyyətin sifarişidir. Yəni, hesab edirəm ki, biz bu istiqamət də uğurla inkişaf edəcəyik. Onu da qeyd etməliyəm ki, bu sahədə əldə edilmiş təcrübə başqa ölkələr üçün də ma- raqlı ola bilər.
Biz, eyni zamanda, iqtisadi sahəyə böyük diqqət göstəririk. Çünki güclü iq- tisadiyyat olmasa, humanitar təşəbbüsləri irəli sürmək də o qədər asan olmayacaq. Ona görə çalışırdıq ki, iqtisadi təhlükəsizliyimizi təmin edək, dövlətimizi gücləndirək və eyni zamanda, ağır vəziyyətdə yaşayan soydaşlarımız üçün yeni imkanlar yaradaq. Bizim so- sial siyasətimiz məqsədyönlü şəkildə aparılır. Son 10 il ərzində pensiyalar, maaşlar dəfələrlə artmışdır, yoxsullu- ğun səviyyəsi kəskin şəkildə aşağı düşmüşdür. Yoxsulluq cəmi 10 il ərzin- də 49 faizdən 5,3 faizə düşmüşdür. De- mək olar ki, yoxsulluqla mübarizə artıq başa çatmaq üzrədir. Hesab edirəm ki, yaxın bir neçə il ərzində yoxsulluq Azərbaycanda bir amil kimi tamamilə aradan götürüləcəkdir.İşsizliklə bağlı mübarizə də, ilk növ-bədə, humanitar xarakter daşıyır. Çünki son illər ərzində 1 milyon 200 min- dən çox iş yeri yaradılmışdır və işsizlik də kəskin şəkildə aşağı düşmüşdür. İndi 5 faizdən azdır. Artıq Azərbaycana başqa ölkələrdən iş tapmaq üçün miqrantlar gəlir. Yəni, bütün bunların tə- məlində düşünülmüş siyasət dayanır. Çünki iqtisadi inkişaf çox sürətlidir. Son 10 il ərzində Azərbaycan iqtisadi inkişaf baxımından dünyada ən sürətlə inkişaf edən ölkə olmuşdur. Bizim bü- tün iqtisadi göstəricilərimiz müsbətdir. İqtisadiyyat son 10 ildə 3 dəfədən çox artmışdır. Xarici dövlət borcu çox aşağı, 8 faiz səviyyəsindədir. Büdcə gəlirləri son 10 il ərzində 20 dəfədən çox artmışdır. Büdcə gəlirlərinin düzgün bölüşdürülməsi, sosial proqramların icrası, infrastruktur layihələrinin həyata keçirilməsi ölkəmizin inkişafını təmin etmişdir.
Əlbəttə, Azərbaycan dünyada neft- qaz ölkəsi kimi tanınır. Bu, bizim böyük sərvətimizdir. Ancaq biz bilirik ki, bəzi ölkələrdə bu böyük sərvət heç də uğur gətirmir, əksinə, problemlər yaradır, müharibələrə, cəmiyyətdə təbəqələş- məyə yol açır. Azərbaycanda isə biz bu- nun tam əksini görürük. Bizim təbii sər- vətlərimiz hər bir insanın həyatında öz müsbət təsirini göstərib. Çəkilən yollar, açılan xəstəxanalar, artan maaşlar, abadlaşan şəhərlər bunun bariz nümu- nəsidir. Azərbaycanda neft gəlirlərindən düzgün istifadə etmək, “qara qızıl”ı inan kapitalına necə çevirmək, artıq biz buna nail olmuşuq, sahəsində nadir təcrübə toplanmışdır. Gələcəkdə bizim iqtisadiyyatımız çoxşaxəli formatda inkişaf edəcək. Bu gün biz yeni texnologi- yalara investisiyalar qoyuruq.Bu gün Azərbaycan artıq kosmik sənayeyə malik olan ölkədir, kosmik ölkələrin klubuna daxil edilibdir. Biz innovasiyalara, yeni texnologiyalara, elmin inkişafına çox böyük önəm veririk.
Elmin İnkişafı Fondu yaradılmışdır. İqtisadi inkişaf, sosial məsələlərin həlli, huma- nitar sahəyə diqqət, deyə bilərəm ki, son illərdə Azərbaycanın uğurlu inkişa- fını şərtləndirən əsas amillər olmuşdur. Hesab edirəm ki, biz iqtisadi sahədə öz işimizlə bölgədə gedən regional əmək- daşlığa da müsbət təsir göstəririk. Bir çox hallarda nəhəng regional layihələ- rin, enerji, nəqliyyat layihələrinin təşəb- büskarı Azərbaycan olmuşdur və əsas iqtisadi riskləri də öz üzərinə götür- müşdür. Deyə bilərəm ki, bizim bütün təşəbbüslərimiz, iqtisadiyyatla, enerji ilə, nəqliyyatla bağlı layihələrimiz uğurla nəticələnir. Bir dəfə də olsun uğursuzluq olmamışdır və əminəm ki, olma- yacaqdır.
Azərbaycan hazırda iqtisadi, siyasi cəhətdən müstəqil bir ölkədir, müstəqil xarici siyasəti var. Bu siyasət dünyanın əksər ölkələri tərəfindən dəstəklənir. Bu sözləri əyani şəkildə təsdiqləmək üçün sadəcə olaraq demək istəyirəm ki, Azərbaycan bir neçə il bundan əvvəl BMT Təhlükəsizlik Şurasına üzv seçil- mişdir. BMT Təhlükəsizlik Şurası dün- yanın ən mötəbər qurumudur və gənc müstəqil dövlət Azərbaycan 155 ölkənin dəstəyi ilə o mötəbər təşkilata üzv olmuşdur. Yəni, bu da bizim dünyadakı rolumuzu, müstəqil xarici siyasətimizi əks etdirir. Çünki dünya birliyinin böyük əksəriyyəti bizə inanır və öz səsini ver- məklə bizə dəstəyini göstərmişdir.
Hesab edirəm ki, əgər hər bir ölkə müstəqil xarici siyasət aparsa, onda dünyada müharibələr də az olar, anlaşılmazlıq da azalar. Hər bir ölkə digər ölkəyə hörmətlə yanaşmalıdır. Hər bir ölkə digər ölkənin seçiminə də hörmət- lə yanaşmalıdır həm beynəlxalq müs- təvidə, həm dinlərarası dialoq, humanitar sahədə. Bütün bunlar bir-biri ilə bağlıdır. Burada əyləşən nümayəndələr, 60- dan çox ölkədən gələn qonaqlar müxtəlif ölkələri təmsil edirlər, amma biz bir yerdə yığışırıq, müzakirə aparırıq. Çalı- şırıq necə yol tapaq ki, dünyada gedən prosesləri daha çox müsbət tərəfə istiqamətləndirək. Çünki bu gün gedən proseslər çox narahatedici proseslərdir. Həm müsəlman aləmində, həm Avropa- da radikalizm, ayrı-seçkilik, irqçilik artır. Bu meyilləri biz görürük və bunu nara- hatlıqla izləyirik.
Biz burada Bakıda bu günlər ərzin- də çalışacağıq ki, bu meyillərin qarşısı- nı almaq üçün hansı işlər görülməlidir. Əsas məsələ bundan ibarətdir. Çünki biz sivilizasiyalararası dialoqdan söh- bət açırıq. Amma, eyni zamanda, bəzi bəyanatlar bizi məyus edir ki, multikul- turalizm iflasa uğradı, multikulturalizmin gələcəyi yoxdur. Bu, çox təhlükəli bəyanatlardır. Qeyd etməliyəm ki, multikulturalizmin müasir dünyada alternativi yoxdur. Çünki dünya ölkələrinin mütləq əksəriyyəti çoxmillətli ölkələrdir. Əgər multikulturalizm iflasa uğrayıbsa, onda bunun alternativi nə ola bilər? Bu da çox aydındır. Bu, ayrı-seçkilikdir, irqçilikdir, ksenofobiyadır, islamofobiyadır, antisemitizmdir. Biz bu təhlükəli meyillərə qarşı öz səsimizi ucaltmalıyıq. Əlbəttə ki, bunu, ilk növbədə, döv-
lətlər etməlidirlər. Amma, eyni zaman- da, dövlətlərin bu siyasətini böyük də- rəcədə hər bir cəmiyyətin siyasi və ictimai-elmi elitası, ictimai rəy müəyyən edir. Heç bir dövlət və hökumət başçısı ictimai rəyi nəzərə almaya, ona məhəl qoymaya bilməz. Ona görə hesab edi- rəm ki, biz birgə səylərimizlə bu məsələləri açmalıyıq, danışmalıyıq. Narahat- edici məsələlər ətrafında fikirlərimizi bildirməliyik, lazım gəldikdə irad tutmalıyıq. Biz tərəfdaş kimi, dost kimi bu məsələlərə öz fikrimizi bildirməliyik. Biz Azərbaycanda çalışırıq ki, yaşadığımız bölgədə regional əməkdaşlıq inkişaf etsin, millətlərarası münasibətlər daha da yaxşılaşsın, dinlərarası dialoq güclənsin. Bizim imkanımız var. Çünki bizim keçmişimiz, dediyim kimi imkan verir ki, bu məsələlərə böyük diqqətlə yanaşaq. Biz bu məsələləri bilirik. Çünki həm Azərbaycan özü çoxmillətli, çox konfessiyalı ölkədir, həm də keçmişdəmüxtəlif dinlərin nümayəndələri Azər- baycanda birgə yaşamışdır. Qeyd etdi- yim kimi, biz bu gün həm Avropa Şurasının, eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatının üzvü kimi bu missiyanı öz üzərimizə götürmüşük. Biz istəyirik ki, daha da çox əməkdaşlıq, qarşılıqlı an- laşma olsun. Biz bundan sonra da öz rolumuzu bunda görürük.
Müsəlman aləmində gedən xoşagəl- məz proseslər də bizi çox narahat edir. Çünki biz müsəlman aləminin bir parça- sıyıq. Bu gün müharibələr, toqquşmalar, qanlı toqquşmalar demək olar ki, ölkələri məhv edir. Bu, çox ciddi prosesdir. Biz bu prosesə təcrid edilmiş proses kimi baxa bilmərik. Müasir dünyada biz ha- mımız bir-birimizlə bağlıyıq. Eyni za- manda, Avropa qitəsində miqrantlara qarşı münasibətin pisləşməsi, “multikulturalizm iflasa uğrayıb” kimi bəyanatla- rın verilməsi və ayrı-seçkiliyə meyilli olan siyasi qüvvələrin daha da böyüksəs toplaması, əlbəttə ki, hamımızı nara- hat etməlidir.
Yenə də deyirəm, bu Forumun keçi- rilməsi də bu məqsədi güdür. Çünki he- sab edirəm ki, müasir dünyada həm coğrafi, eyni zamanda, humanitar ba- xımdan Azərbaycanın nadir rolu var. Biz Avropa ilə Asiya arasında, qədim “İpək yolu” üzərində yerləşən bir ölkəyik və biz Avropanı da yaxşı anlayırıq, müsəl- man ailəsinin də bir parçasıyıq. Biz çalı- şırıq ki, bu sivilizasiyalararası dialoq, humanitar dialoq daha da güclü olsun, daha da güclənsin.
Əlbəttə ki, müzakirələrdə bu məsələ- lərə diqqət göstəriləcəkdir. Əmənəm ki, müzakirələr çox uğurlu keçəcək. Dediyim sözləri təsdiq etmək üçün qeyd etməliyəm ki, nəin ki humanitar sahədə, digər sahələrdə də bir çox təşəbbüslər hesab edirəm uğurlu olmuşdur.
İki il bundan əvvəl Azərbaycanda Avropanın və bəlkə də dünyanın ən mötəbər mahnı yarışı – “Eurovision” müsabi- qəsi böyük uğurla keçirilmişdir. Bütün qonaqlar çox razı qalmışdılar.
Gələn il birinci Avropa Oyunları, buna qeyri-rəsmi Avropanın Olimpiya Oyunları deyirlər, – Bakıda keçiriləcək. Bu da çox əlamətdar hadisədir. Çünki Avropada bu günə qədər Olimpiada səviyyəsində yarışlar keçirilməmişdir. Burada da Azərbaycan öz namizədli- yini irəli sürmüşdür və Avropanın olimpiya ailəsi bizə böyük etimad göstərmişdir.
2017-ci ildə isə İslam Həmrəylik Oyunları Bakıda keçiriləcəkdir. Cəmi iki il ərzində həm Avropa, həm İslam Oyunları Azərbaycanda keçiriləcək. Bu da dediyim sözlərin təsdiqidir. Bu, bizim rolumuzdur və biz çalışırıq ki, xalqları birləşdirək. Onu da qeyd etmək istəyirəm ki, keçən ay bizim üçün çox önəmli və tarixi qərar qəbul edilmişdir futbol üzrə Avropa çempionatı 2020-ci ildə, o cümlədən Bakıda keçiriləcək. Cəmi 13 şəhər Avropanın 13 şəhəri seçilmişdir. Onlardan biri də Bakıdır. Yəni, budur bugünkü Azərbaycan. Biz Avropa ailəsinin üzvüyük, müsəlman ailəsinin üzvüyük və sübut edirik ki, bu, mümkündür. Biri o birisini inkar etmir və etməməlidir. Bu gün inkişafda olan ölkəmiz göstərir ki, düşünülmüş siya-ət, cəmiyyətdə müsbət meyillər güclü olanda böyük uğurlara imza atmaq mümkündür.
Əziz qonaqlar, mən sizi bir daha səmimiyyətlə salamlayıram. Bilirəm ki, qo- naqlar arasında ölkəmizlə tanış olan nümayəndələr vardır. İlk dəfə gələnlər də var. Əminəm ki, bu Forumun keçirilməsi sizin üçün çox maraqlı olacaq. Siz öz dəyərli fikirlərinizi bölüşəcək, eyni zamanda, ölkəmizlə yaxından tanış ola- caqsınız.
Forumun iştirakçılarına uğurlar arzulayıram. Sağ olun!”