Yanvarın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda “Carlyle Group” şirkətinin həmtəsisçisi Devid Rubenşteynlə görüşü olub.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə “Carlyle Group” şirkətinin həmtəsisçisi Devid Rubenşteyn rəhbərlik etdiyi qurumla Azərbaycan Dövlət Neft Fondu arasında əməkdaşlığı yüksək qiymətləndirdi və bu əməkdaşlığın gələcək istiqamətləri barədə dövlətimizin başçısına məlumat verdi.
Prezident İlham Əliyev Azərbaycan iqtisadiyyatının inkişaf etdiyini, ötən il ölkəmizdə qeyri-neft sənayesinin 14 faiz, kənd təsərrüfatının isə 7 faiz artdığını bildirdi.
Söhbət zamanı Azərbaycanda əlverişli investisiya mühitinin yaradıldığı qeyd edildi. Ölkəmizlə vəsaitlərin idarə olunması sahəsində dünyanın aparıcı şirkətlərindən biri olan “Carlyle Group” arasında əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğu vurğulandı.



















Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-a işgüzar səfərə gəlib VİDEO
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb VİDEO
Ağdam rayonunun Xıdırlı kəndinə növbəti köç karvanı yola salınıb VİDEO
Əbu-Dabidə Prezident İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü olub VIDEO
Vətəndaşlar Qarabağda beş gün qala biləcəklər VİDEO








