
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 18-də ABŞ Mərkəzi Komandanlığının komandanı və Hərbi Dəniz Qüvvələrinin admiralı Bred Kuperi qəbul edib.
AZƏRTAC xəbər verir ki, qonaq Vaşinqtonda ABŞ Prezidentinin şahidliyi ilə Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılmasına dair əldə edilmiş nailiyyətlər münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırdı.
Təbriklərə görə minnətdarlığını bildirən dövlətimizin başçısı bu məsələdə Prezident Donald Trampın xüsusi rolunu qeyd etdi. Vaşinqtonda imzalanmış sənədlərin regionun inkişafı üçün geniş imkanlar yaratdığını vurğulayan Prezident İlham Əliyev Azərbaycanla Ermənistanın artıq sülh şəraitində yaşamağa uyğunlaşdıqlarını dedi.
Söhbət zamanı son dövrlərdə Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin inkişafı məmnunluqla qeyd edildi, hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.
















Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər VIDEO
Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO









