
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında iştirak edən Avropa İttifaqının energetika məsələləri üzrə komissarı xanım Kadri Simsonu qəbul edib.
AZƏRTAC xəbər verir ki, Kadri Simson İlham Əliyevə prezident seçkilərində qələbə, Azərbaycanın COP29-a ev sahibliyi etməsi və Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu yubiley iclası münasibətilə təbriklərini çatdırdı.
Dövlətimizin başçısı təbriklərə görə minnətdarlığını bildirdi.
Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Avropanın enerji təchizatında Azərbaycanın rolunun əhəmiyyətini və dayanıqlılığını vurğuladı.
Söhbət zamanı gələcəkdə enerji növləri ilə yanaşı, bərpaolunan enerji layihələrinin də həyata keçirilməsinin perspektivləri və Azərbaycanda icra olunan layihələrdə Avropa şirkətlərinin investor qismində daha fəal rol oynaması ilə bağlı imkanlar müzakirə olundu. Həm COP29, həm də enerji əməkdaşlığının inkişaf etdirilməsi istiqamətində gələcək addımlar və fəaliyyət planı ilə bağlı fikir mübadiləsi aparıldı, ölkəmizin qlobal metan azaldılması təşəbbüsünə qoşulması çox yüksək qiymətləndirildi.
















Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib









