
Sentyabrın 24-də Nyu-Yorkda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qlobal infrastruktur investisiya idarəetmə şirkəti “Global Infrastructure Partners”in təsisçisi, sədri və baş icraçı direktoru Adebayo Oqunlesi ilə görüşü olub.
AZƏRTAC xəbər verir ki, görüşdə infrastruktur sahəsində beynəlxalq tərəfdaşlıq imkanları və bu sahəyə yönələn birgə investisiyaların regional iqtisadi əlaqələrin genişləndirilməsində rolu müzakirə edilib.
Prezident İlham Əliyev 2024-cü ildən Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə bu şirkət arasında qurulan uğurlu tərəfdaşlığı vurğulayaraq, xüsusilə İtaliyanın aparıcı sürətli dəmir yolu operatoru “Italo”ya yatırılan birgə sərmayəni səmərəli əməkdaşlığın nümunəsi kimi qiymətləndirdi. Dövlətimizin başçısı, həmçinin şirkətin hava limanlarının idarə olunması, enerji keçidi və süni intellekt infrastrukturu kimi sahələrdə təcrübəsinin gələcək əməkdaşlıq üçün böyük imkanlar açdığını dedi.
Adebayo Oqunlesi Azərbaycanın strateji coğrafi mövqeyinin və dayanıqlı inkişaf prioritetlərinin infrastruktur sahəsində uzunmüddətli investisiyalar üçün mühüm imkanlar yaratdığını vurğuladı. O, rəhbərlik etdiyi şirkətin enerji keçidi, nəqliyyat və rəqəmsal infrastruktur sahələrində Azərbaycanla əməkdaşlığı dərinləşdirməkdə maraqlı olduğunu bildirdi.
Qeyd edək ki, “Global Infrastructure Partners” şirkəti 2006-cı ildə ABŞ-da təsis edilib. Hazırda təxminən 170 milyard ABŞ dolları məbləğində aktivləri idarə edən şirkətin Nyu-York, London, Sinqapur, Sidney və digər qlobal maliyyə mərkəzlərində ofisləri fəaliyyət göstərir. “Global Infrastructure Partners”in nəzarət etdiyi bərpaolunan enerji sahəsindəki şirkət ABŞ-da bu sahədə aparıcı şirkətlərdən biridir.
















Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO









