…Rusiyanın strateji müttəfiqi Ermənistan İrəvanın mərkəzində kolloborsionist, Üçüncü reyxlə əməkdaşlıq edən Qaregin Njdeyə abidə ucaldıb.
Daha öncə Rusiya XİN bu abidənin ucaldılmasını şərh edərkən bildirmişdi: “Qeyd olunan abidənin nə məqsədlə qoyulması aydın deyil”. Həmçinin Rusiyanın xarici siyasət idarəsində ümidvar olduqlarını bildiriblər ki, İrəvanın rəsmi mövqeyinin əsasında hər halda BMT Baş Məclisi tərəfindən qəbul edilmiş “Rasizm, irqi ayrı-seçkilik, ksenofobiya və bununla bağlı digər dözümsüzlük formalarının artmasına səbəb olan nasizm, neonasizm və digər praktikaların qəhrəmanlaşdırılması ilə mübarizə” haqqında qətnamə duracaqdır.
Qeyd etməliyəm ki, Njdenin İrəvandakı abidəsinin təşəbbüskarları indi də Bolqarıstanın Plisk şəhərində də heykəlinin qoyulmasını planlaşdırırlar. Həm də İkinci Dünya müharibəsinin əvvəllərindən Hitler Almaniyası hökuməti ilə əməkdaşlıq etməyə başlayan, erməni hərbi əsirləri qarşısında dəfələrlə təbliğat çıxışları edən, “Almaniya üçün həlak olanlar, Ermənistan naminə ölürlər” sözləri ilə onları SSRİ-yə qarşı silahlı mübarizəyə çağıran adama. Onun rəhbərliyi altında erməni SS legionu cəza tədbirlərində iştirak edərək 20 min dinc sakini qətlə yetirmişdi. Onun əlləri minlərlə babamızın və ulu babamızın qanına batıb…
Nasizmin qəhrəmanlıq səviyyəsinə yüksəldilməsi mahiyyət etibarilə beynəlxalq razılaşmaların pozulmasıdır. Heykəllərə münasibət, onların qoyulması və uçurulması hər bir dövlətin suveren haqqıdır. Amma hakimiyyət yalnız ictimaiyyətin deyil, nasizm və faşizmi insana nifrət hissi aşılayan ideologiya kimi dəqiq müəyyənləşdirmiş dünya birliyinin də rəyi nəzərə alınmalıdır…
Məqalə ixtisarla dərc olunub
L.Kozlova
“Nezavisimaya qazeta”, 6 fevral 2018