Albaniya dövlətinin e.ə. IV -III əsrlərdə formalaşdığı ehtimal olunur.Şimalda Qafqaz dağları, Şərqdə Xəzər dənizi, qərbdə İberiya, cənubqərbdə Ermənistan, cənubda isə Atropatena ilə həmsərhəd idi. Beləliklə, Qədim Albaniyanın ərazisi müasir Azərbaycan Respublikasını, indiki Ermənistan Respublikasının böyük hissəsini, Dağıstan Respublikasının (Rusiya Federasiyası) cənub hissəsini, Gürcüstanın Alazan və İori çaylarının vadisini əhatə edirdi. Antik, alban və digər mənbələrin məlumatına görə, Albaniyada 26 tayfa məskunlaşmışdı. Alban tayfası Şimali Azərbaycanda ən iri tayfalardan biri idi. Məhz buna görə də bütün ölkə “Albaniya” adlanmağa başlamışdı. Antik dövrdə Albaniya yadelli işğalçılara qarşı inadlı mübarizə aparmış və müstəqilliyini qoruya bilmişdi.
AlbantarixçisiMusaKalankatuklununqeydetdiyiənənəyə görə, b.e. Iəsrində AlbaniyahökmdarArantərəfindənidarə olunurdu. BuzamanAlbaniyanınərazisiAraz çayındanXunarakertqalasınadək (Qazax-Boçalı zonasında) çatırdı. 262-ciildə Sasanilərdövlətinintərkibinə daxiledildi. 314-cü ildə albanhökmdarı Urnayrxristianlığı qəbuledərək, onuAlbaniyanındövlətdininə çevirmişdi. 705-ciildə ərəbistilaları nəticəsində Albaniyanın mövcudluğuna son qoyulur. Paytaxtı Kabala (Qəbələ) və Bərdə şəhərləri olmuşdur.
«TarixiAzərbaycanDövlətləri», Bakı, 2012, s.64

















Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib
Prezident İlham Əliyev Düşənbədə MDB dövlət başçılarının qeyri-rəsmi şam yeməyində iştirak edib VİDEO









