Moldovanın Qaqauziya Muxtar Ərazi Qurumunun başqanı İrina Vlax Azərbaycan Ordusunun Vətən müharibəsindəki Zəfərinin rəmzi hesab edilən “Xarıbülbül” döş nişanından istifadə edib.
AZƏRTAC xəbər verir ki, Qaqauziya başqanı bununla Azərbaycanın 44 günlük Vətən müharibəsinə dəstəyini ifadə edib.
Qeyd edək ki, hazırda Azərbaycanla Qaqauziya Muxtar Ərazi Qurumu arasında münasibətlər ikitərəfli əməkdaşlığın bütün səviyyələrində inkişaf etməkdədir.
Xatırladaq ki, Xarı bülbül Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın incisi Şuşanın rəmzi hesab edilir. Eyni zamanda, Azərbaycanın İkinci Qarabağ müharibəsində şəhid olan əsgərlərin xatirəsinin rəmzi kimi qəbul olunur.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu
















Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO









