Bu gün Qarabağ Azadlıq Təşkilatı XX əsrin ilk illərində Azərbaycan xalqına qarşı erməni terror təşkilatları və silahlı dəstələri tərəfindən həyata keçirilən soyqırımın 110 illiyi ilə əlaqədar “Azərbaycan xalqına qarşı ilk soyqırım” mövzusunda Dəyirmi Masa keçirib. QAT sədri Akif Nağı giriş sözü ilə çıxış edərək tədbirin mahiyyəti və məqsədilə bağlı məlumat verib. Sonra QHT rəhbərləri Rauf Zeyni, Faiq İsmayılov, Mübariz Əhmədoğlu, Rey Kərimoğlu, Qafar Çaxmaqlı, Vəli Əlibəyov, Mehdi Mehdiyev, Üzeyir Cəfərov, Kamil Şirinov, Radə Abbaş, Mehriban Abdullayeva, Fəridə Əsgərova, Şamil Mehdi, Nəsimi Qarabağlı, İradə Polad, İradə Rzazadə, Anar Əliyev, tədqiqatçı alimlər Elman Nəsirov, Firdovsiyə Əhmədova, Nazim Mustafa, Tofiq Həsənov və digərləri çıxış edərək məsələnin əhəmiyyəti və görüləcək işlərlə bağlı bildiriblər ki, ermənilərin saxta “erməni soyqırımı”ətrafında hay-küy salmalarının, saxta “soyqırımı”n “100 illiyi” ilə bağlı iddialarının heç bir əsası yoxdur. Erməni ideoloqlarının dediklərinin, beynəlxalq rəyə zorla yeritmək istədiklərinin hamısı yalandır. Ermənilərə qarşı heç vaxt, heç bir soyqırım törədilməyibdir. Regionda soyqırım yalnız azərbaycanlılara qarşı, özü də ötən yüz on il ərzində düz 3 dəfə törədilmişdir. Bu faciəli hadisələr 1905-1906, 1918-1920 və 1988-1994-cü illərdə ermənilər tərəfindən törədilmişdir. Biz bu gün XX əsrin ilk soyqırım hadisəsinin 110 illiyini qeyd edir, ermənilərin törətdikləri vəhşilikləri dünyanın nəzərinə çatdırırıq. Bunu dünyanın bizim halımıza, başımıza gətirilənlərə yanması üçün etmirik, ermənilərin həqiqi, vəhşi, terrorçu, qaniçən simasını tanıması üçün edirik.
Dəyirmi Masanın keçirilməsinə Milli QHT Forumu və Soyqırım və Terror Əleyhdarları Koalisiyası mənəvi və texniki dəstək verib. Tədbirdə tədqiqatçı alimlər, politoloqlar, QHT rəhbərləri və digərləri çıxış ediblər. Tədbirin sonunda beynəlxalq birliyə, ölkədaxili qurumlara ünvanlanan sənəd qəbul edilib.
Birləşmiş Millətlər Təşkilatının baş katibinə,
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına,
Avropa Şurasının sədrinə, ATƏT sədrinə, Avropa
İttifaqının sədrinə, bütün dünya birliyinə, mütərəqqi
dövlətlərin rəhbərlərinə və parlamentlərinə
Azərbaycanın dövlət rəhbərlərinə, ictimai,
siyasi qurumlarına, diaspor təşkilatlarına,
hüquq müdafiəçilərinə
Hörmətli cənablar və xanımlar.
Haqq, ədalətin bərpa olunması, insanlığa qarşı cinayətlərin təkrar olunmaması, hər kəsin həqiqəti bilməsi naminə Sizlərə müraciət edirik. Azərbaycan xalqı tarixi boyunca ayrı-ayrı dövlətlər, imperiyalar, ordular tərəfindən dəfələrlə işğala, təcavüzə məruz qalıb. Son 200 ildə isə biz özünün gücü olmayan, başqalarının əlində alətə çevrilən murdar və eybəcər bir toplumun, ermənilrin və onlar üçün süni şəkildə Azərbaycan torpaqlarında yaradılan yaramaz bir dövlətin, Ermənistanın təzyiq, təhdid, böhtan, işğal, terror siyasəti ilə üz-üzə qalmışıq. Bu qırmızı-göy-narıncı bəla (bayraqlarının rəngi) Azərbaycanın bütün işlərinə mane olur, əl ayağımızdan ağır daş kimi asılıb qalır. Bunlar bəşəriyyətin də bədənində sağalmaz bir yaradırlar. Bu toplum bizə qarşı çox cinayətlər törədib, torpaqlarımızı işğal edib, bu gün də işğal altında saxlayır.
Bu günkü müraciətimiz ermənilərin Azərbaycan xalqına qarşı 110 il əvvəl törətdikləri ağır cinayət, soyqırım siyasəti ilə bağlıdır. Düz 110 il əvvəl, 1905-ci ilin fevral ayında Azərbaycanın Bakı, Qarabağ, Naxçıvan, İrəvan, Zəngəzur və digər bölgələrində erməni silahlı dəstələrinin, terror təşkilatlarının azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğınlar XX əsrin ilk soyqırım cinayəti idi. XX əsrdə məhz azərbaycanlılar ilk olaraq soyqırıma məruz qaldılar. Azərbaycanlılar 200 il əvvəl, 1805-1830-cu illərdə vətəni, yurdu olmayan ermənilərə qucaq açdı, ən yaxşı yerlərində yerləşdirdi. Ermənilər 100 il ərzində özlərinə yer etdikdən sonra öz nanəcibliyini etdilər, 1905-ci ildə azərbaycanlılara qarşı ilk soyqırımı törətdilər.
Həmin vaxt erməni terror təşkilatları və silahlı dəstələri azərbaycanlılara qarşı soyqırım siyasətini Rusiya imperiyasının dəstəyi ilə həyata keçirdi. Rusiya həmin ərazilərdə azərbaycanlıların, müsəlmanların sayının azalmasında, ermənilər isə həmin ərazilərə köçüb məskunlaşmaqda, saylarını artırmaqda maraqlı idilər. Erməni dəstələri 1905-ci il fevralın 2-də Bakıda azərbaycanlıları qırmağa başladılar. Tezliklə qırğınlar kütləvi xarakter alaraq Bakı ilə yanaşı, Qarabağ, Gəncə, Naxçıvan, İrəvan, Zəngəzur və digər əraziləri əhatə etdi. Bu qırğınlar nəticəsində 50 mindən artıq azərbaycanlı qətlə yetirildi, 200-dən artıq yaşayış məntəqəsi dağıdıldı, yandırıldı. Ermənilər 100-ə qədər kəndi ələ keçirərək məskunlaşdılar, bir çox yaşayış məntəqələrindən azərbaycanlılar tamamilə çıxarıldılar, ya da sayları kəskin şəkildə azaldı. Bu əsl soyqırım idi. Azərbaycanlıları yalnız azərbaycanlı, müsəlman olduqlarına görə məhv edirdilər.
Biz hesab edirik ki, dünya birliyi, beynəlxalq təşkilatlar 110 il əvvəl baş vermiş bu dəhşətli hadisələrə qiymət verməli, azərbaycanlıları XX əsrdə soyqırıma məruz qalan ilk xalq kimi tanımalıdır. Ermənilər isə XX əsrdə soyqırım törətmiş ilk xalq kimi tanınmalı, onların hərəkətlərinə adekvat qiymət verilməlidir. Ermənilərin maskası çıxarılmalı, onların yalançı “soyqırım” təbliğatına, kampaniyasına son qoyulmalı, dünya onların həqiqi sifətini tanımalı, dəhşətli cinayətləri haqqında həqiqəti bilməlidir.
Azərbaycan hakimiyyəti, ictimai-siyasi qurumları, diaspor təşkilatları, tədqiqatçılar geniş miqyasda fəaliyyət göstərməli, ermənilərin azərbaycanlılara qarşı 110 il əvvəl törətdikləri soyqırım haqqında məlumatların dünyaya çatdırılması, ermənilərin dünyada ifşa olunması üçün bütün vasitələrdən istifadə etməlidir. Biz susduqca, ermənilər daha da həyasızlaşır, yalanlarını dünyaya qəbul etdirməyə çalışır və çox vaxt istəklərinə nail olurlar. Biz erməni yalanlarını ifşa etməli, həqiqəti dünyaya çatdırmalıyıq. Dünya həqiqəti bilməli, qərarını verməlidir.
Mənbə: qat.az