İyulun 16-dan etibarən Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə 18-19-cu əsrlərdə Qarabağ bəyləri və xanımlarına məxsus geyimlərin orijinal eskizləri əsasında hazırlanmış Qarabağ milli geyimləri nümayiş olunur.
AZƏRTAC xəbər verir ki, milli geyimlər 9:30-18:30 arasında Xanlıq Muxtar Karvansarasında (“Güllü bağça” ilə üzbəüz) Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən sərgilənir.