
44 günlük Vətən müharibəsində qazanılmış Zəfərin 5 illiyinə həsr edilmiş “Mənəvi dəyərlər həftəsi” çərçivəsində Qarabağ Universitetində “Mənəvi dəyərlər” günü keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Qarabağ Universiteti və Azərbaycan İlahiyyat İnstitutunun müəllimlərinin mühazirələri dinləniləcək. Tədbir çərçivəsində Xocalı rayonunun Ballıca kəndində Azərbaycan İlahiyyat İnstitutu və Qarabağ Universitetinin tələbələrinin birgə iştirakı ilə ağacəkmə aksiyası təşkil ediləcək.
Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qarabağ Universiteti, komitənin tabeliyindəki Azərbaycan İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə baş tutan “Mənəvi dəyərlər həftəsi” layihəsinin məqsədi gənclərin milli kimlik şüurunun möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərimizə, tarixi ənənələrimizə, eləcə də irsimizə bağlılığın təşviq edilməsidir.
















Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO









