Qarabağın tarixində əsas dəyişikliklər Ərəb xilafətinin (VII əsrin 30-cu illəri – 1258-ci il) işğalları və bunun nəticəsində Albaniya çarlığının ləğvi ilə baş verir.
Ərəb işğallarınadək Qarabağın tarixi ərazisi etnik baxımdan eyni kökdən olduğu halda, bu dövrdə ərəblərin Azərbaycan üçün faciəvi siyasəti nəticəsində dağlıq hissədə ermənilərin dini hegemonluğunun təmin edilməsi etnik sahədə də özünü göstərdi: tarixi Arsax bölgəsi əhalisinin qriqorianlaşdırılması və erməniləşdirilməsi baş verdi. (Bu prosesiəhn səbəbləri, gedişi və erməni-ərəb əməkdaĢlığının mahiyyəti və b. problemlər, onun tarixi ədəbiyyatda əksi akad. Z.Bünyadov tərəfindən xüsusi tədqiqat obyekti olmuşdur).
Erməni tarixçisi S.T. Yeremyanın yazdığına görə VIII əsrin əvvəlləri üçün “ermənilər alban vilayətləri Arsaxın və Utinin böyük bir hissəsinin əhalisini artıq assimilasiya etmişdilər”. Təbii ki, qriqorianlaşdırmaya nisbətən erməniləşdirmə uzun proses olmalı idi. Ona görə də akad. Z.Bünyadov S.T.Yeremyanın “VII əsrdən (qəti olaraq VIII əsrin əvvəllərindən) Alban kilsəsinə erməni kilsəsinin bir hissəsi kimi baxılırdı və bu zaman Arran vilayətindən Sünik, Arsax, Uti və başqaları erməniləşdirildi” fikrinə etiraz edərək yazır: İki müxtəlif anlayış olan erməniləşdirmə və qriqorianlaşdırma anlayışlarının qarışdırılması diqqəti cəlb edir. Bu yerdə erməni kilsəsinin köməyi ilə Arran əhalisinin yalnız qriqorianlaşdırılmasından danışıla bilər. S.T.Yeremyanın bu barədəki nöqteyi-nəzəri o qədər də doğru deyildir, çünki Arran vilayətində Sünik vilayəti və Arsaxın xeyli hissəsi XII əsrin əvvəllərinə yaxın erməniləşdirilmişdir.
Bu fikir bir daha təsdiq edir ki, Qarabağın bu hissəsində yaşayan ermənilər lap əvvəldən erməni olmamış, sonradan erməniləşdirilmişdir. Populyasiyanın etnogenezi və onun qarşılıqlı əlaqəsi haqqında informasiya verən və müasir elmi nailiyyətlərə əsaslanan odontoloji tədqiqatlar da bu mövqedədir. Təsadüfi deyil ki, Ərəb xilafəti parçalandıqdan sonra Sünik və Arsax-Xaçın knyazlıqları yarandı. Azərbaycan tarixində (yeddi cilddə, II cild) deyildiyi kimi, “XII əsrin sonlarına yaxın Sünik padşahlığı dağıldı, buradakı hakim sülalə 1166-cı ildən knyaz Qriqorun və Smbatın ölümü ilə kəsilmiş oldu.
XII əsrin sonu – XIII əsrin əvvəllərində Arsax ərazisində təşəkkül tapan Xaçın knyazlığı İ.A. Orbelinin (1887- 1961) [SSRİ EA akademiki, Ermənistan EA akademiki və onun ilk prezidenti, Ermitajın direktoru olmuşdur] sözləri ilə “qədim Albaniyanın bir hissəsi” idi. Kirako Qandzaketsinin (XIII əsr) yazdığı kimi, “onların (albanların) rəislərinin əksəriyyəti erməni dilini bilirdi”.
Qafqazşünas V.L.Veliçko da bu fikri təsdiq edərək yazırdı ki, Qarabağın “erməni adlarıdırılan sakinləri 3-4 əsr bundan əvvəl erməniləşdirilmişdir. Bu proseslərin baş verdiyi IX-XIII əsrin əvvəlləri, xüsusilə Atabəylər- Şirvanşahlar dövrü (XII-XIII əsrin əvvəlləri) Azərbaycanın qüdrətinin xeyli artdığı bir vaxt idi. Atabəylər faktiki olaraq Azərbaycanı siyasi cəhətdən birləşdirmişdir.
Xaçın knyazlığı Mehranilərə mənsub olan Həsən Cəlalın dövründə (1215-1261) yüksək inkişaf mərhələsinə çatmışdı. Dövrün narrativ və epiqrafik abidələrində o, “Xaçın ölkələri knyazı”, “Xaçın və Arsax ölkələrinin əzəmətli knyazı”, “Albaniya hökmdarı” və bu kimi titullarla anılır. Onun zamanında Alban memarlığının ən mühüm əsərlərindən olan Gəncəsər (Qanzasar) monastırı tikilir.
27.06.2018
“Qarabağ (suallar, faktlar)” (Bakı, 2005) kitabından