AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Xaqani Alməmmədovun müəllifi olduğu “Qarabağın arxeoloji abidələri toplusu”nun I cildi nəşr edilib.
Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, toplu Arxeologiya və Etnoqrafiya İnstitutunun “Qarabağ neolit-eneolit ekspedisiyası” tərəfindən 2010-2013-cü illərdə Qarabağ düzənliyi ərazisində aparılmış arxeoloji kəşfiyyat işlərinin nəticəsində müasir texniki vasitələrlə qeydiyyata alınaraq xəritələşdirilən və Qarabağ düzənliyinin arxeoloji abidələrinin vahid “Coğrafi Məlumat Bazası”na daxil edilən neolit və eneolit dövrü abidələrinin bir qismini əhatə edib.
Kitabda, Azərbaycanın əzəli bölgəsi olan Qarabağın erkən əkinçi-maldar tayfalarına və Leylatəpə mədəniyyətinə aid 99 abidə haqqında üç dildə (Azərbaycan, ingilis və rus dillərində) məlumat verilib.
Topluya Qarabağın arxeoloji abidələrinin xəritəsi və kitabın elektron variantı yazılmış CD də əlavə edilib.
http://www.apa.az/xeber-az/sosial_xeberler/qarabagin-arxeoloji-abideleri-toplusu-nun-i-cildi-nesr-edilib.html

















Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO









