Hələ Bakını tərk etməmiş “British Council” mərkəzində bizə dönə-dönə xəbərdarlıq edirdilər: “Din və siyasətlə bağlı mövzulardan uzaq olun, bu sizə qətiyyən lazım deyil”.
İsveçə gəldikdən sonra isə vətənpərvərliyin bu ölkədə mənfi bir xüsusiyyət olduğunu öyrəndim və çaşdım, amma zamanla səbəbini anladım. Səbəb sən demə, çox sadə imiş – bu, onlara lazim deyil. Axı bizim Dağlıq Qarabağı Ermənistanın işğl etdiyi kimi, onların Norrbottenini Finlandiya, yaxud Skoneni Danimarka ələ keçirməyib. Tarix boyu isveçlilər danimarkalılarla vuruşublar, amma sonda Danimarkaya yerini göstərib öz müstəqilliklərini əldə ediblər və bu günə qədər də eyni yolu keçmiş hər bir millətə hörmətlə yanaşırlar.
Bəs ermənilər? Onlar hörmət qazanmaq üçün nəsə ediblər?
Təhsilimin ikinci ilində beynəlxalq assambleyada iştirak etmək üçün dəvət aldım. Müxtəlif ölkələrdən olan tələbələr öz olkələri barədə məlumat verib, daxili və xarici siyasət, bir az da önəmli tarixi məsələlər haqqında danışıb, qloballaşan dünya üçün ideyalar səsləndirməli idilər. Mən və bir türkiyəli dostum yanaşı oturub, deyəcəklərimizi müzakirə edirdik ki, gözüm qarşıda oturan Fransa nümayəndəsi Lüisin burnuna sataşdı. Bu boyda qartal burnu olan insanlara dünyanin yalnız bir yerində rast gəlmək olar – Qafqazda. Amma bu Lüis həm də o boyda burnunu hər yerə soxmağı da xoşlayırmış.
Növbə mənə çatdıqda, Bakı məktəbində öyrəndiyim etik qaydalara uyğun olaraq, ayağa qalxıb, özümü təqdim etdim. Bir az Azərbaycanın iqlimindən, coğrafi mövqeyindən danışdıqdan sonra keçdim əsas məsələyə. Ermənistanın Azərbaycanın ərazisinin 20 faizini isğal etdiyini yenicə demişdim ki, bu Lüisə sanki elektro-şok verdilər. Dərhal yerindən qalxaraq, – Bu mövzu bugünki müzakirələr üçün yersizdi, gəlin bunu bir kənara qoyaq, – dedi. Sözümü kəsməyi az imiş kimi, üzünü kuratora tutub, məni görməməzliyə vurmasını özümə hörmətsizlik kimi qəbul etdim. Qarşımdakının Avropa mədəniyyətindən xəbəri olmayan biri olduğunu anladım, bu qız fransız deyildi. Bu dəfə mən də onun nəsə dediyini hesaba almadan sözümə davam etdim – “Ermənistanla Azərbaycan arasında olan münaqişədə minlərlə insan qətlə yetirilib”. Bu dəfə Lüis üzünü mənə tutdu – “Sənin heç bir sübutun yoxdur, buna görə də qurtar bu mövzunu”. Nə dediyinə belə diqqətlə qulaq asmayıb, – ‘’Xocalı soyqırımı zamanı azərbaycanlı uşaqlar, bətnində körpə gəzdirən qadınlar amansızlıqla qətlə yetiriliblər və möcüzə sayəsində sağ qalanların, müxtəlif ölkələrdən gələn jurnalistlərin bildirdiklərinə görə, bu qətliam ermənilər tərəfindən törədilib”,- söylədim. Bu sözləri azərbaycanca desəydim yəqin ki, həmin an gözlərim dolardı, amma özümü toplayıb ingiliscə nitqimə davam etdim- “Qondarma erməni soyqırımından istifadə edərək, ermənilər illər boyu türkdilli millətlərdən qisas almağa calışıblar”. “Erməni soyqırımını danana İsveçdə cinayət işi açıla bilər’’, Lüis dedi.
Türk dostum astadan pıçıldadı: ‘’Yalan deyir, elə bir şey yoxdur, İsveçdə’.’
Getdikcə emosionallaşan nitqim məni daha yüksək səslə danışmağa sövq edirdi. Lüisin mənə etdiyi əl hərəkəti, “bəsdir, bu yalnış informasiyadır” sözləri məni daha da özümdən çıxardı. Provakasiyaya uğradığımı hiss edəndə artıq gec idi. Üzərimə atılan bir stəkan su və Lüisin üzündəki ifadə məni cəld düşünməyə vadar etdi. Hər kəsdən burda nə baş verdiyini yadda saxlamasını xahiş etdim və biz rektorun otağına yollandıq.
Rektor – Lüisin etirazından sonra sən onun sözünə əhəmiyyət verib, müəyyən açıqlama verə bilərdin. Qarşılıqlı hörmət hər şeydən önəmlidir, – söylədi.
Bu “qarşılıqlı hörmət” mövzusu xeyli uzandı və iki aylıq təhsil təqaüdümdən cərimə tutulması ilə nəticələndi. Həmin hadisədən sonra Lüisə rast gəlməmişəm, amma qartalburun lüislərlə qarşılaşmağa hazır olmalıyıq.
Lətifə Bəyəliyeva
Lund (İsveç) Universitetinin tələbəsi