Sakit Məmmədov (Azərbaycan Respublikasının Əməkdar Rəssamı, UNESCO Rəssamlar İttifaqının üzvü, akademik ) 1958-ci ildə Neftçala şəhərində anadan olmuşdur.
1978-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini fərqlənmə ilə bitirmişdir. 1978-1980 ci illərdə hərbi xidmətdə olmuşdur. 1981-ci ildə İlya Repin adına Leninqrad Rəssamlıq Akademiyasının rəngkarlıq fakultəsinə daxil olmuş, 1987-ci ildə oranı adəti olaraq fərqlənmə ilə bitirmişdir.
Sakit Məmmədov 30 ildən çoxdur ki bədii yaradıcılıq fəalliyyəti ilə məşğuldur və dünyanın ən mötəbər sərgi salonlarında,qalereyalarında keçirilən sərgilərin iştirakçısı olmuşdur. O 1988-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2015-ci ildə Bakı şəhərində Dünya Rəssamlıq Akademiyasının təşkil etdiyi sərgi, Dünya Rəssamlıq Akademiyasının həqiqi üzvü və akademiyanın medalı ilə təltif edilmişdir.
Sakit Məmmədov 80-ci illərdə formalaşan istedadlı rəssamlar nəslinin parlaq nümayəndəsidir.
Mənbə: sakitmammadov.com

















Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO









