…1920-ci ildə heç kimin tanımadığı sürgün olunmuş erməni Aldonyan ingilis və fransız dillərində özünün iddia etdiyinə görə, 1915-ci ilə və 1916-cı ilin əvvəllərində Aleppo prefektinə ermənilərin məhv edilməsi ilə bağlı guya Tələt paşanın göndərdiyi şifrə edilmiş teleqramların surətlərindən ibarət “sənədlər” yaydı.
Sevr müqaviləsinin imzalandığı dövrdə dərc olunan bu surətlər guya 1921-ci ildə Almaniyada, Tələt paşanın qatili Tehleryanın prosesi zamanı hazırlanıb. O vaxt məhkəmə onları cinayət işindən çıxardı.
Maraqlıdır ki, bu sənədlərin orijinalları o vaxtdan itdi və tapılmadı. Daha maraqlısı isə odur ki, Aldonyanın xahişi ilə keçirilən və sənədlərin həqiqiliyini sübut edən ekspertiza da “qeybə çəkildi”.
Heç nə “aşkar etməyən” Aldonyan 1937-ci ildə öldü.
Bu hay-küylü teleqramları Aldonyan xırda Osmanlı funksioneru Naim bəydən almışdı. Maraqlıdır ki, onun gizli sənədlərə neçə çıxış əldə etməsini heç kim izah edə bilmir. Həmçinin, maraqlıdır ki, bu sənədlərin Osmanlı administrasiyasında qeydiyyat izlərini də əldə etmək mümkün olmayıb.
“Teleqramlar”ın göstərilən tarixdə Aleppoda heç bir vəzifə tutmayan Mustafa Abdul Xalik adlı birisinin imzası ilə təsdiqləndiyini, “rəsmi teleqramlar”da göstərilən tarixlərin müsəlman, Yulian (rus) və Qriqorian (erməni) təqvimləri ilə rəşadətlə dəyişdirilməsi və qarışdırılmasını, Osmanlı hökumətinin teleqramlarındakı “Bismillah” (müsəlman salamlaması) ifadəsinin orfoqrafik səhvlərlə yazıldığını aşkar etdikdə maraq heyrətlə əvəzlənir. Teleqramların mətnləri isə eyni zamanda qəzəbli və primitivdir. İki nümunə göstərək:
7 mart 1916-cı il: “Deportasiya üzrə administrasiyanın müvafiq nəzərəti ilə təmin olunmaq bəhanəsi altında, hərbi nazirin əmri ilə toplanmış və hərbi stansiyalarda saxlanmış tanınmış şəxslərin (ermənilərin) uşaqları şübhə doğurmadan tutulmalı və kütləvi surətdə məhv edilməlidir”. Kimə inandırmaq olar ki, burada söhbət rəsmi sənəddən gedir? Yaxud başqa bir teleqram.
15 sentyabr 1916-cı il: “Daha əvvəl xəbər verilib ki, hökumət “İttifaq və tərəqqi” komitəsinin əmrinə görə, Türkiyədə yaşayan bütün ermənilərin məhv edilməsi qərarına gəlib”. (Təbii ki, xəbərdə istinad edilən əvvəlki məlumat heç bir arxivdə mövcud deyil. “Teleqram” heyrətamiz tərzdə guya onun mövcudluğunu “sübut” edir).
Daha sonra qeyd olunur: “Qadın, uşaq və ya qocalığından, məhvetmə vasitəsinin dəhşətliliyindən asılı olmadan, vicdanın səsinə qulaq asmadan onların mövcudluğuna son qoyulmalıdır”.
Sağlam düşüncəli hansı insan inanar ki, on il ərzində Osmanlı siyasətində öncül mövqe tutan Tələt paşa bütün siyasi səhvlərinə baxmayaraq, bu məzmunda rəsmi teleqramlarda belə qəliz və melodramatik üslubdan istifadə edə bilərdi? Burada biz qərəzli oyunbazlıqla qarşılaşırıq.
Təəssüf ki, bu gün də erməni məsələsi ilə əlaqədar müəlliflərin əsərlərində, türk dostlarının azsaylı əsərləri istisna olmaqla, Andonyanın saxta sənədlərinə “əşyayi dəlil” kimi istinad olunur və ağızlarından köpük daşlana-daşlana oxucuları inandırırlar ki, bu sənədlərin həqiqiliyinə “şübhə yoxdur”. (Ternon. “Cinayətkar susqunluq”, s.191)
“Cinayətkar susqunluq” kitabında müqəddimə müəllifi yazır: “O vaxt nüfuzlu general olan Mustafa Kamal 1919-cu ilin yanvarında hərbi tribunal qarşısında şahidlik edir: “Bizim həmvətənlərimiz despotizmin bütün mümkün formalarından istifadə etməklə görünməmiş cinayətlər törədib, deportasiya və qırğınlar təşkil edib, südəmər uşaqların üzərinə benzin tökərək yandırıb, qadın və qızları zorlayıblar və s.”.
Lakin 1919-cu ilin yanvarında “İttifaq və tərəqqi” partiyasının rəhbərlərini mühakimə edən hərbi tribunal hələ fəaliyyət göstərmirdi. Həm də qeyd edilən sözləri Dardaneldə qalib gələn və müasir Türkiyənin banisi olan Kamal Atatürk deyil, onun hərbi tribunalın hakimi, həmçinin general olan adaşı səsləndirib. O, “Azadlıq və həmrəylik” partiyasından olan dostları tərəfindən “İttifaq və tərəqqi” partiyasının rəhbərlərini mühakimə etmək məqsədilə seçilmişdi.
Qamelin və Brunun “Oyanmış hafizə” əsərinin cildində, ən çox gözə girən yerdə Adolf Hitlerdən belə bir iqtibas verilib ki, öz rasist siyasətində o, ermənilərin məhv edilməsindən ilham alıb. Bu iqtibasın verilməsində məqsəd aydındır: Hitlerin törətdiyi soyqırım hamı tərəfindən mütləq şəkildə qəbul edildiyindən, erməni “soyqırımı” da etiraf ediləcək. Və Tələtin siyasəti haqqında ona kimin aşkar heyran qalması əsasında mühakimə yürüdüləcək! Amma bu iqtibas – saxtadır. Hitler bu sözləri heç vaxt söyləməyib və obyektiv erməni mətbuatı da bunu etiraf edir. Bəs öz tezislərini möhkəmləndirmək üçün bu sayaq vasitələrə müraciət edən tarixçilərin davranışlarını necə qiymətləndirməli? Əgər bu cür möhkəmləndirilirsə, deməli, həmin tezislər kifayət qədər zəifdir. Bununla belə, nəhayətsiz təkrarlar, ictimai rəyin hazırlanması öz işini görüb. Volter deyirdi: “Uydurun, uydurun, onsuz da nəsə qalacaq”. Erməni “məsələsi”ndə də elə bundan istifadə olunur…
Jorj de Mallevil Fransız hüquqşünası və tarixçisi, “1915-ci il erməni faciəsi” kitabının müəllifi (La tragédie aménienne de 1915). Bu əsər ekspertlər tərəfindən yüksək qiymətləndirilib. Elmi Tədqiqatlar Milli Mərkəzinin direktoru Jan-Pol Runun fikrincə, “…metr Mallevilin hərəkəti sərbəst insanın, zövqlər və axınlardan qayğılanmayaraq aşkar və vicdanla danışmaq istəyən insanın hərəkətidir. Və mən hesab edirəm ki, onun qəlbinin və vicdanının inandıqları həqiqətdir”.
http://nofalsify.com saytının materialı əsasında Gündüz Nəsibov hazırladı