Yardımımıza gələn hər kəsə öz adımdan və millətim adından təşəkkür edirəm. Onların arasında Azərbaycanın fəaliyyəti çox önəmlidir. Azərbaycan bir yanğınsöndürmə helikopteri və çox sayda canlı qüvvəsi ilə yanğınla mücadilə edir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “A Haber” və ATV telekanallarına verdiyi müsahibədə ifadə edib.
Prezident İlham Əliyevin köməyə daha bir təyyarə göndərəcəyi barədə ictimaiyyəti məlumatlandıran dövlət başçısı əminliklə vurğulayıb ki, bununla yanğınla mücadilə işləri tamam fərqli bir mərhələyə gəlmiş olacaq. Hazırda ölkədə 20 təyyarə və 51 helikopter fəaliyyətdədir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Muğla
















Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər VIDEO
Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO









