Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan ölkəsində baş verən meşə yanğınları ilə mübarizədə onlara dəstək verən bütün ölkələrə və təşkilatlara təşəkkürünü bildirib.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, sosial media hesabı vasitəsilə fikirlərini ifadə edən Prezident Ərdoğan deyib: “Türkiyədəki meşə yanğınları ilə mübarizəmizə dəstək verən, başsağlığı göndərən, kömək etməyə hazır olduqlarını bildirən və yardım göndərən bütün dost ölkələrə və təşkilatlara millətim adından təşəkkür edirəm”.
Bu çətin dövrü ən qısa zamanda geridə qoyacaqlarını bildirən Rəcəb Tayyib Ərdoğan bildirib: “İlk andan etibarən göstərdikləri dəstəyə görə xüsusilə Azərbaycan Prezidentinə, əziz dostum İlham Əliyevə, Rusiya Prezidenti Vladimir Putinə və İspaniyanın Baş naziri Pedro Sançesə ölkəm adından təşəkkürümü bildirirəm. Güclü həmrəyliyinə görə qonşumuz İran Prezidenti İbrahim Rəisiyə, Qətər Əmiri Şeyx Təmimə, Xorvatiya Prezidenti Zoran Milanoviçə və Ukrayna Prezidenti Vladimir Zelenskiyə təşəkkürümü bildirirəm”.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
















Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO









