ABŞ-ın sülh planının hazırkı variantı artıq Ukraynanın əksər prioritetlərini əks etdirir.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov teleqram səhifəsində məlumat verib.
“Sənədin hazırkı variantı, təsdiqlənmənin son mərhələsində olsa da, artıq Ukraynanın əsas prioritetlərinin əksəriyyətini əks etdirir”, – deyə Umerov əlavə edib.
O, Vaşinqtonun Kiyevin şərhlərinə diqqətlə yanaşmasını yüksək qiymətləndirərək bildirib ki, bu, öz növbəsində birgə prosesdə irəliləyiş əldə etməyə imkan verir.
“Biz bu gün daha da irəliləyiş gözləyirik”, – deyə Umerov fikrini yekunlaşdırıb.
Xatırladaq ki, ABŞ bu günlərdə Ukraynada müharibəyə son qoymaq üçün 28 bəndən ibarət yeni sülh planını təqdim edib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
















Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO








