Müəllif: AVCİYA Seçki Qərargahının rəhbəri, t.ü.e.d., prof. Məhərrəm Zülfüqarlı
Redaktor: AVCİYA I Vitse Prezidenti p.ü.f.d. Dəyanət Musayev
Mündəricat
- I Preambula
- II Əsas hissə
- IIIAvropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, ATƏT PA, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu seçkiləri müşahidə missiyalarının, Avropa Şurası Venesiya Komissiyasınınirəli sürdükləri tövsiyələr
- IV Azərbaycan Respublikası tərəfindən həyata keçirilmiş tövsiyələr
- V Müzakirə obyekti olan tövsiyələr
Terminlərin izahı
AŞ PA-Avropa Şurası Parlament Assambleyası
ATƏT PA- Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası
ATƏTDTİHB- Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Demokratik Təsisatlar və İnsan Haqları Bürosu
AŞ VK- Avropa Şurası Venesiya Komissiyası
I PREAMBULA
Müxtəlif beynəlxalq təşkilatların seçki müşahidə missiyaları Azərbaycan tərəfinin dəvəti ilə Azərbaycan Respublikasında keçirilən seçkilərdə fəal iştirak edirlər. Azərbaycan 2000-ci ildə Avropa Şurasına üzv qəbul olunduqdan sonra Avropa Parlamenti (AP), Avropa Şurası (AŞ), ATƏT PA, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun(ATƏT/DTIHB) seçkiləri müşahidə missiyaları bu prosesdə fəal iştirak etmiş, öz rəy və tövsiyələrini bildirmişlər.Bundan başqa, Avropa Şurasının Venesiya Komissiyası (VK) 2003-cü il Prezident, 2004-cü il Bələdiyyə və 2005-ci il Milli Məclisə seçkilər ərəfəsində Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı müxtəlif tövsiyələr etmişdir.Müzakirələrin nəticəsi olaraq 2008-ci ilin may ayında AR Milli Məclisinə Seçki Məcəlləsinə əlavə və dəyişikliklər layihəsi təqdim olunmuş və 02.06.2008-ci il tarixində Milli Məclis həmin əlavə və dəyişiklikləri qəbul etmişdir. AR SM-nə edilən əlavə və dəyişikliklərdə AŞ Venesiya Komissiyası tərəfindən təklif olunmuş tövsiyələrin bəziləri nəzərə alınmış, bəziləri isə hələ də müzakirə predmeti olaraq qalır. AR Seçki Məcəlləsinə 15 dekabr 2017-ci ildə edilmiş dəyişiklik və əlavələr əsasən Seçki Məcəlləsini 2016-cı il Konstitusiya dəyişiklərinə uyğunlaşdırmaq məqsədi daşımışdır.
AŞ Venesiya Komissiyası (VK) 2013-cü il prezident seçkiləri ərəfəsində əvvəlki illərdə irəli sürdüyü, lakin həllini tapmamış təkliflərin həyata keçirilməsini tövsiyə ertmişdir. Venesiya Komissiyası yerli özünüidarə məsələləri ilə məşğul olmadığına görə 2014-cü il və 2019-cu il bələdiyyə seçkilərində Azərbaycan Respublikası ilə əməkdaşlıq etməmişdir. Yuxarıda adları çəkilən qurumların əksəriyyəti 2013-cü il Prezident seçkilərini müşahidə edərək müsbət rəy və tövsiyələrini bildirmişdir. ATƏT/ DTIHB bu qurumlardan fərqli rəy bildirmişdir ki, bu da birmənalı qarşılanmamışdır. ATƏT/ DTIHB 2015-ci il parlament seçkilərini və 2016-cı il ümumxalq səsverməsini (referendum) müşahidə etməmişdir. Bu qurum 11 aprel 2018-ci il prezident seçkilərini müşahidə etmiş və həmin seçkilərin nəticəslərinə dair rəyi reallığı əks etdirməmişdir.
Yuxarıda adları çəkilən qurumların rəy və tövsiyələrində oxşarlıq və təkrarçılıq olduğundan, eyni zamanda bu rəylərlə bağlı müxtəlif yanaşmalar olduğundan onların müqayisəli təhlilinə ciddi ehtyac var.
II ƏSAS HİSSƏ
Avropa Parlamentinin nümayəndə heyəti 2013-cü ildə 7, ATƏT/DTIHB 2008-ci ildə 27, 2010-cu ildə 17, 2013-cü ildə 20, Avropa Şurası Parlament Assambleyası isə 2008-ci ilin yay sessiyasında “Azərbaycanda demokratik institutların fəaliyyəti” adlı hesabatla bağlı 4 tövsiyə irəli sürüb.Bunların təhlili aparıldıqda məlum olur ki, bu tövsiyələrin bir çoxu 2003-2008-ci illərdə Avropa Şurasının Venesiya Komissiyasının Secki Məcəlləsinə əlavə və dəyişiklərlə bağlı tövsiyələrinə istinad edilərək hazırlanıb və yeni tövsiyələrin əksəriyyəti əvvəlki tövsiyələrin təkrarından ibarətdir. Avropa Şurası Venesiya Komissiyası (VK) 2013-cü il prezident seçkiləri ərəfəsində əvvəlki illərdə irəli sürdüyü, lakin həllini tapmadığı təkliflərin həyata keçirilməsini tövsiyə ertmişdir. Bu qurum həmçinin 2015-ci il parlament və 2018-ci il prezident seçkilərində də Azərbaycan Respublikası ilə əməkdaşlıq etməmişdir. Venesiya Komissiyası Azərbaycan Respublikası ilə əməkdaşlığı dövründə əsasən 16 tövsiyə irəli sürüb. Azərbaycan Respublikasının Milli Məclisi AŞ Venesiya Komissiyası və bir sıra yerli və beynəlxaq təşkilatlar tərəfindən verilən tövsiyələri də nəzərə almaqla 2 iyun 2008-ci il tarixdə Azərbaycan Respublikası Secki Məcəlləsinin 145 maddəsinə ümumilikdə 91 əlavə və dəyişikliklər etmişdir.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) 7 yanvar 2020-ci il tarixdə fevralın 9-da Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə edəcək missiyasının işə başladığını elan edib. İsveçli diplomat, səfir Peter Tejlerin rəhbərlik etdiyi bu missiyaya 12 ekspertdaxildir. Yanvarın 14-də onlara ölkə boyu yerləşdiriləcək 30 uzunmüddətli müşahidəçi qoşulacaq.Digər 350 qısamüddətli müşahidəçi isə birbaşa seçkilərə gələcək. “Azərbaycanda hər seçkidən sonra ATƏT-in tövsiyələrinə əməl olunurmu?” sualının cavabında P.Tejler deyib: “Biz tövsiyələri izləyirik, çoxlu tövsiyələr təqdim olunub, amma biz onların yerinə yetirilməsinə cavabdeh deyilik. Buna cavabdeh Azərbaycan cəmiyyətidir.Əvvəlki seçkilərlə müqayisədə seçki qanunvericiliyi çox da dəyişməyib.Bu, o deməkdir ki, tövsiyyələrin bir çoxu qəbul olunmayıb”.
AP, AŞ, Avropa Şurası Venesiya Komissiyası (VK), ATƏT PA, ATƏT/DTIHB-nin töfsiyələri və onlara necə əməl olunmasının vəziyyəti ilə bağlı Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) ekspert qrupu geniş təhlil aparıb. Təhlilin nəticələri aşağıdakı kimidir.
III Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, ATƏT PA, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu seçkiləri müşahidə missiyalarının, Avropa Şurası Venesiya Komissiyasının irəli sürdükləri tövsiyələr
- I Seçki komissiyaları ilə bağlı:
- Seçki komissiyalarının paritet əsaslarla formalaşdırılması (VK)
- Seçki prosesinə, o cümlədən seçki komissiyalarının fəaliyyətinə, təbliğat kampaniyasına hakimiyyət qurumlarının qanunsuz müdaxilə faktları ilə bağlı obyektiv araşdırmaların aparılması və təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi üçün daha səmərəli hüquqi mexanizmlərin hazırlanması (VK)
- Seçki komissiyalarının formalaşdırılması zamanı balansın qorunması (AŞ)
- Bütün səviyyələrdə seçki komissiyalarının tərkibi nəzərdən keçirilməli və Seçki Məcəlləsinə müvafiq dəyişikliklər edilməlidir (ATƏT/DTIHB).
- Seçki administrasiyası bütün üzvlərin fəaliyyəti üçün tələb olunan məlumat və materialları iclaslardan əvvəl qanunla tələb olunan vaxt çərçivəsində almasını təmin etməlidir (ATƏT/DTIHB).
- Müvafiq qaydada 2009 və 2010-cu illərdə keçirilməsi planlaşdırılan gələcək bələdiyyə və parlament seçkilərində Azərbaycan Respublikasının hakimiyyət orqanlarına narahatlıq doğuran həll olunmamış məsələləri aradan qaldırmaq və seçki prosesinə etimadı artırmaq üçün ölkədə fəaliyyət göstərən bütün siyasi qüvvələrlə birgə seçkiyə aid məsələlər üzrə dialoqu inkişaf etdirmək tövsiyə olunur (ATƏT/DTIHB)
- Hərbçilərin adi seçki məntəqələrində səsverməsini təmin etmək üçün növbəti addımlar atılmalıdır. Xüsusi hərbi seçki məntəqələri yalnız uzaq yerlərdə olan hissələr və sərhəddə duran qoşunlar üçün qurulmalıdır və bu cür seçki məntəqələri Seçki Məcəlləsinə uyğun olaraq, seçkidən kifayət qədər öncə təmin edilməlidir.Hərbi hissələrdə seçki məntəqələrinin qurulması hüququ yalnız MSK-ya məxsus olmalıdır.Həmin seçki məntəqələrində MnSK-lar, adi prosedurlara uyğun təyin edilməli və yalnız mülki şəxslərdən ibarət olmalıdır (ATƏT/DTIHB).
- MSK iclasları üçün gündəlik və materiallar Seçki Məcəlləsinin 19.8-ci maddəsinə uyğun şəkildə vaxtında paylanmalıdır (ATƏT/DTIHB).
- Seçkilərin qərəzsiz qurum tərəfindən təşkil edilməsi (ATƏT/DTIHB). Seçki komissiyaları seçki üzrə vacib maraqlı tərəflərin hamısının etibarını qazanmalıdır. Bu məqsədə nail olmaq üçün komissiyalarda hökümətyönümlü qüvvələr üstünlük təşkil etməməlidir. Təyinatların aşkarlığı və komissiyaların işinin şəffaflığı seçki prosesinin legitimliyini təsis etmək üçün labüddür.Seçki komissiyalarının qərəzsiz və müstəqil fəaliyyət göstərməsi üçün həm ATƏT/DTHİB, həm AŞ Venesiya Komissiyası, həm də AŞ Nazirlər Komitəsi bəzi addımların atılmasına çağırıb.Bununla yanaşı Birgə Tövsiyələrdə seçki komissiyalarının təşkilinin digər aspektlərinə də diqqət yetirilməsi tövsiyə edilib.
- Seçki qanunvericiliyinin hüquqi texnikası, Seçki Məcəlləsinin sadələşdirilməsi
Hüquq normaları birmənalı xarakter daşımalı, anlaşıqlı olmalı və mümkün qədər sadə dildə olmalıdır.Hazırkı Seçki Məcəlləsi çox mürəkkəbdir və onun istifadə etdiyi ifadələr bir sıra hallarda anlaşıqlı deyil və Seçki Məcəlləsi sadələşdirilməlidir.
- Seçkiqabağı maliyyələşmə ilə bağlı
Şəffaflığın və məsuliyyətin artırılması məqsədilə seçki maliyyəsi hesabatları təqdim edildikdən dərhal sonra dərc edilməlidir.Müstəqil peşəkar qurum ədalətli və obyektiv meyarlar əsasında seçki kampaniyası hesabatlarının auditini aparmalıdır.Bundan əlavə, seçkilərin publik maliyyələşdirilməsi müddəasının geri qaytarılması nəzərdən keçirilməlidir.Seçki maliyyəsinə dair müddəalar mürəkkəbdir və sadələşdirilməsi üçün nəzərdən keçirilməlidir.İanə verə biləcək subyektlərin dairəsinə qoyulan məhdudiyyətlər yenidən nəzərdən keçirilməlidir.Məsələn, QHT-lər və vətəndaşlığı olmayan şəxslərə qoyulan məhdudiyyətlər demokratik cəmiyyətdə zəruri deyil.
- Seçkiqadağı təşviqat kampaniyası ilə bağlı
- Seçkiqadağı kütləvi tədbirlər üçün yerlərin ayrılması (VK)
- Təşviqat hüququnun təkmilləşdirilməsi (VK)
- Maliyyələşdirmə müddəalarının dəyişdirilməsi (VK)
- Dövlət tərəfindən maliyyələşdirilən telekanallarda siyasi partiya və bloklar üçün pulsuz efir vaxtının ayrılması (AŞ)
- Rəsmi təşviqat kampaniyası müddətinin 5 günə qədər azaldılaraq, yalnız 22 gün olması tənqid olunur (AP)
- Bərabər təşviqat şərtləri ilə bağlı tələblərin yalnız “ictimai televiziya və radio şirkətləri”nə aid edilməsi və Dövlət Televiziya və Radiosunun bu tələbdən azad edilməsi (AP)
- İctimai təşviqatın maliyyələşməsi şərtlərinin olmaması və namizədlərin şəxsi maliyyələrinə arxalanma öhdəliyi (AP)
- Seçkilərin keçirilməsi üzrə müddət artırılmalıdır ki, potensial namizədlərin iştirakı üçün daha geniş imkanlar yaratsın və seçkilərin idarə edilməsində səmərəlilik təmin olunsun (ATƏT/DTIHB)
- Seçkiqabağı təşviqat kampaniyasının anlayışı və seçki orqanları tərəfindən onun təsviri siyasi aktorların rəsmi kampaniya dövründən kənar siyasi fəaliyyətlə məşğul olmaq imkanını məhdudlaşdırmamalı və yaxud mətbuat tərəfindən sıravi siyasi proseslərin işıqlandırılmasına məhdudiyyət qoymamalıdır (ATƏT/DTIHB)
- Seçkiqabağı təşviqat kampaniyasının hədə-qorxudan və cəzalandırmaq qorxusundan azad mühitdə keçirilməsini təmin etmək üçün rəsmi orqanlar əlavə tədbirlər həyata keçirməlidirlər (ATƏT/DTIHB)
- Seçkiqabağı kampaniya mühitinin daha da açıq olmasını təmin etmək məqsədilə icra strukturları kampaniyanın keçirilməsi üçün rəsmi yerlərin ayrılmasına tətbiq etdikləri məhdudlaşdırıcı yanaşmanı yenidən nəzərdən keçirməlidirlər. İctimai yığıncaqların keçirilməsi barədə xəbərdarlıq və müraciət məsələləri üzrə Seçki Məcəlləsi ilə sərbəst toplaşmaq azadlığı haqqında qanun arasında olan ziddiyətlər aradan qaldırılmalı və toplantının keçirilməsi ilə əlaqədar namizədlərdən icra strukturlarını yalnız xəbərdar etmək tələb olunmalıdır (ATƏT/DTIHB)
- Seçkiqabağı təşviqat üzrə kampaniya mühitini genişləndirmək üçün dövlət orqanları tərəfindən toplanış yerlərinə qoyulan məhdudlaşdırıcı yanaşma yenidən nəzərdən keçirilməlidir. Seçki Məcəlləsi ilə Sərbəst Toplaşmaq haqqında qanun arasında toplanışlara dair xəbərdarlıq və toplanışların keçirilməsinə dair ziddiyətlər aradan qaldırılmalı və namizədlərdən yalnız toplantını keçirməklə bağlı hakimiyyət orqanlarını xəbərdar etmək tələb edilməlidir (ATƏT/DTIHB)
- Şəffaflığın və hesabatlılığın artırılması məqsədilə seçkiqabağı təşviqat kampaniyasının maliyyə hesabatları təqdim olunduğu andan etibarən dərc olunmalıdır. Kampaniyanın maliyyə hesabatları ədalətli və obyektiv meyarlar əsasında müstəqil və peşəkar qurum tərəfindən audit olunmalıdır. Bundan əlavə, namizədlər arasında bərabər imkanların yaradılması məqsədilə kampaniyaların ictimai maliyyələşdirilməsi üsulunun yenidən bərpasını nəzərdən keçirməyə ehtiyac vardır (ATƏT/DTIHB)
- Dövlətin maliyyələşdirdiyi AzTV-nin bərabər kampaniya şəraiti təmin etmək kimi hüquqi öhdəliyini aradan qaldıran və bu kanalda hər hansı kampaniya formasının yayımlanmasını qadağan edən Seçki Məcəlləsinin 77.1 maddəsinə edilən əlavə aradan qaldırılmalıdır (ATƏT/DTIHB)
- Dövlətin mülkiyyətində olan və ya maliyyələşdirdiyi medianın xəbərlər proqramlarında seçkidə iştirak edən bütün namizədlərə bərabər münasibətin təmin edilməsi üçün seçki məcəlləsinin 77.1 maddəsinə əlavə edilməlidir (ATƏT/DTIHB)
- Milli Televiziya və Radio Şurası ilə əməkdaşlıq edərək MSK kampaniya zamanı seçki məcəlləsinin media ilə bağlı müddəalarına əməl edilməsini, o cümlədən dövlətin mülkiyyətində olan və ya maliyyələşdirdiyi mediada seçki iştirakçılarının xəbərlərdə bərabər şəkildə işıqlandırılmasını təmin etməlidir. Seçki kampaniyası dövründə Milli Televiziya və Radio Şurası tərəfindən aparılan sistematik media monitorinqi bu məsələdə MSK-ya yardımçı olacaqdır (ATƏT/DTIHB)
- İctimai TV-nin müstəqilliyi, o cümlədən qərəzsiz verilişlər, xüsusən də xəbərlər proqramı təcrübəsinin inkişafı gücləndirilməlidir. Hazırlanan reportajlar, o cümlədən hakimiyyət orqanlarının apardığı fəaliyyət işıqlandırıldıqda xəbərlər tarazlı olmalı və faktlara əsaslanmalıdır.(ATƏT/DTIHB)
- Namizədlərin seçkiqabağı təşviqatının dövlət tərəfindən maliyyələşdirilməsi mexanizimlərinin yenilənməsi məsələsinə baxılmalıdır. Lakin siyasi plüralizmin genişləndirilməsi üçün dövlət maliyyəsi bu barədə bütün siyasi qüvvələrlə ictimai müzakirələr apardıqdan sonra minimum vətəndaş dəstəyini təmsil edən və seçkilərdə namizəd irəli sürən bütün siyasi partiyalara verilməlidir (ATƏT/DTIHB)
- İctimai televiziyanın müstəqilliyi (xüsusilə xəbər proqramlarında) qərəzsiz redaksiya təcrübəsinin inkişaf etdirilməsi vasitəsi də daxil olmaqla daha da möhkəmləndirilməlidir. Beynəlxalq müsbət təcrübəyə uyğun olaraq xəbərlərin verilməsi, xüsusilə də dövlət hakimiyyəti orqanlarının fəaliyyəti işiqlandırılan zaman tarazlı və faktiki olmalıdır (ATƏT/DTIHB)
- Milli Televiziya və Radio Şurası ilə əməkdaşlıq əsasında MSK Seçki Məcəlləsinin seçkiqabağı təşviqat zamanı media ilə bağlı olan müddəalarına riayət edilməsini, həmçinin İTV və digər dövlət və dövlətin maliyyələşdirdiyi mediada namizdələrlə bağlı ədalətli xəbərlərin işıqlandırılmasını təmin etməlidir. Seçkiqabağı təşviqat üçün qoyulmuş müddət ərzində Milli Televiziya və Radio Şurası tərəfindən sistemli media monitorinqlərinin aparılması MSK-nın bu vəzifəni icra etməsinə yardım edə bilər (ATƏT/DTIHB)
- Seçki Məcəlləsinin pulsuz efir vaxtı almaq və ya mətbuatda pulsuz nəşr məqsədilə yer almaq üçün partiya və ya blokun öz namizədlərini 60-dan artıq seçki dairəsində qeydiyyatdan keçirməli olduğunu təsbit edən 77, 80 və 83 maddələrinə dəyişiklik edilməsi məsələsinə baxılmalıdır. Pulsuz efir vaxtının verilməsinin üstün cəhətlərindən biri kiçik partiyalara və ya az potensiala malik olan namizədlərə öz seçki mesajlarını çatdırmaq imkanının verilməsidir, çünki əks təqdirdə onlar mediada əhəmiyyətli dərəcədə işıqlandırılmır. Belə partiya və namizədlərin əksər hallarda pullu efir vaxtına imkanı olmur, maliyyə vəsaitlərinin olmaması onların efir vaxtı və ya mətbuatdan istifadə etmək imkanlarına maneə yaratmamalıdır (ATƏT/DTIHB)
- KİV-lə bağlı
- Seçki Məcəlləsi seçicilərin mətbuat (KİV) vasitəsilə siyasi səhnədə olan alternativlər haqqında ətraflı və geniş məlumat almaq hüququnu təmin etməlidir (ATƏT/DTIHB)
- Diffamasiyanın cinayət məcəlləsindən çıxarılması fikri nəzərdən keçirilməlidir (ATƏT/DTIHB)
- Çap mətbu orqanlarının redaktorluq xətti hakimiyyət orqanlarının müdaxiləsi və ya təzyiqi olmadan müəyyən edilməlidir. ATƏT-in Mətbuat Azadlığı üzrə nümayəndəsinin hal hazırda həbsdə olan jurnalistlərin azadlığa buraxılması və hökumətə qarşı tənqidi fikirlər söyləyən şəxslərin əleyhinə hüquq-mühafizə orqanlarının öncədən hazırlanmış hadisələr və kampaniyalardan cəkinməsi ilə bağlı verdiyi əvvəlki tösiyələr nəzərə alınmalıdır (ATƏT/DTIHB)
- Toplaşma azadlığı ilə bağlı
- Müxalifət partiyalarının mitinq keçirmək hüququna zəmanət verilməsi (AŞ);
- Toplaşma azadlığı ilə bağlı zəmanətlərin olmaması (AP);
- İfadə azadlığı, sərbəst toplaşmaq və birləşmək azadlığı üzrə milli qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması (ATƏT/DTIHB);
- Həm ifadə azadlığı, həm də toplaşma azadlığı ölkənin demokratikləşməsinə zəmanət veriləcək əsas azadlıqlardan olduğundan, Azərbaycan Avropa Şurasına qoşularkən götürdüyü öhdəliklərə tam müvafiq hərəkət edərək, bu azadlıqlara tam riayət olunmasını təkmilləşdirməlidir (AP);
- Milli qanunvericiliyin beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması naminə toplaşmaq, ifadə və təşkilatlanmaq azadlığı üzrə mövcud hüquqi çərçivə nəzərdən keçirilməlidir. Mövcud qanunvercilik və tələb olunan dəyişikliklərlə əlaqədar məsləhələşmələr ictimaiyyətin iştirakı ilə bütün maraqlı tərəflərin iştirakı ilə təşkil olunmalıdır (ATƏT/DTIHB);
- Hakimiyyət orqanları yenicə qəbul olunmuş Sərbəst Toplaşmaq Azadlığı haqqında qanun və onun həyata keçirilməsi sahəsində yaxın gələcəkdə icra orqanları, məhkəmələr, siyasi partiyalar və seçkidə maraqlı olan digər dairələrlə dəyirmi masaların təşkil olunmasını nəzərdən keçirə bilər (ATƏT/DTIHB).
- Seçki Administrasiyası ilə bağlı
- MSK seçici siyahılarının dəqiqləşdirilməsi və yenilənməsi ilə əlaqədar prosesi əhatə edən bütün prosedur və fəaliyyətlər üzrə təfərrüatlı təlimatlar hazırlamalıdır (ATƏT/DTIHB)
- Topa bülletenlərin qutulara atılması və protokollarının dəyişdirilməsi kimi ciddi pozuntuların qarşısını almaqla seçki prosesinin tamlığını yaxşılaşdırmaq istiqamətində siyasi iradə nümayiş olunmalıdır. Dövlət qurumları şübhəli halların hər birini ciddi şəkildə araşdırmalı və qanunu pozmaqda təqsirli bilinən şəxsləri mühakimə etməlidirlər (ATƏT/DTIHB).
- Seçki administrasiyası bütün üzvlərin fəaliyyəti üçün tələb olunan məlumat və materialların iclaslardan əvvəl qanunla tələb olunan vaxt çərçivəsində almasını təmin etməlidir (ATƏT/DTIHB).
- Bu seçkilərdə yerli icra hakimiyyəti orqanlarının seçki prosesinə müdaxilə halları azalsa da, tövsiyə olunur ki, Azərbaycan Respublikasının hakimiyyət orqanları, o cümlədən Prezidentin İcra Aparatı və MSK bu sahədə qalan nöqsanları aradan qaldırsınlar (ATƏT/DTIHB).
- MSK və MnSK səviyyəsində ekspert qrupları ilə bağlı mövcud sistem saxlandığı təqdirdə, həmin qruplar kənar hüquqşunaslar və digər ekspertlərdən ibarət olmalıdır. Parlament azlığını təmsil edən komissiya üzvləri ekspert qrupuna üzv irəli sürmək hüququna malik olmalıdırlar (ATƏT/DTIHB)
- MSK, xüsusilə öz adminstrasiyasındakı işin paylanılması ilə bağlı cari iş təcrübəsi və prosedur qaydalarını nəzərdən keçirməli və bütün MSK üzvlərinin işləri üçün tələb olunan məlumat və materialların almasını təmin etməlidir. Gündəliklər və qərarların layihələri müzakirə edilməli və qərar qəbul edilməli məsələlər ilə bağlı tanış olmaları üçün komissiyanın iclasından əvvəl seçki komissiyalarının üzvlərinə və partiya və namizədlərin nümayəndələrinə paylanılmalıdır (ATƏT/DTIHB).
- Seçki Məcəlləsinin 29.3.1-ci maddəsində tələb olunduğu kimi, bərabər səsvermənin təmin edilməsi məqsədilə seçki dairələrinin sərhədləri elə dəyişdirilməlidir ki, qeydiyyata alınmış seçicilərin sayındakı yayınmalar minumuma endirilsin və seçki dairələrinin sahəsi üzrə hal-hazırda baş verən çoxsaylı əhəmiyyətli yayınma hallarına yol verilməsin (ATƏT/DTIHB).
- Hərbi hissələrdə səsvermə haqqında qanunvericiliyin müddəalarına uyğun olaraq, yalnız dəqiq müəyyən olunmuş hallarda və orduda xidmət edən seçicilər adi seçki məntəqələrindən çox uzaq məsafədə olduqda MSK hərbi hissədə seçki məntəqəsinin yaradılması üçün icazə verməlidir. Seçki adminstrasiyası hərbi hissələrdə şəffaf səsvermənin təşkili və keçirilməsi üzrə məsuliyyət daşımalıdır (ATƏT/DTIHB).
- Aşağı səviyyəli komissiyaların fəaliyyətini gücləndirmək məqsədilə MSK vaxtlı-vaxtında qaydalar qəbul etməli və aşağı səviyyəli komissiyalara zəruri effektiv təlimlər keçməlidir. Bu seçki prosedurlarının uyğun şəkildə icrasının təmin edilməsinə kömək edəcəkdir.Təlimlər, əsasən, beynəlxalq və yerli müşahidəçilər tərəfindən problemli sahələr kimi müəyyənləşdirilmiş səsvermə, səslərin hesablanması və nəticələrin təqdim edilməsi prosedurları kimi sahələrə yönləndirilməlidir (ATƏT/DTIHB).
- Namizədlərlə bağlı
- Prezident seçkiləri zamanı namizədlərin qeydiyyatı üçün tələb olunan imza sayının yüksək olması (40 000) tənqid olunur (AP).
- Prezident seçkilərində namizədliyini irəli sürənlərin qeydiyyata alınmaması səbəblərini məhdudlaşdırmağa və aydınlaşdırmağa hələ də zərurətin olması (AP).
- Siyasi partiyalar öz icraçı və inzibati orqanlarında yüksək vəzifədə olan qadınların sayını artırmaq üçün real səylər göstərməlidir. Parlament və dövlət orqanları qadınların yüksək dövlət vəzifələrinə və seçki administrasiyasının yüksək pillələrinə təyin olunmasını təşviq etmək və təmin etmək məqsədilə zəruri şərait yaratmalıdır (ATƏT/DTIHB).
- Namizədlərin səmərəli qeydiyyatı mexanizmi (ATƏT/DTIHB). ATƏT/DTİHB 9 oktyabr 2013-cü il prezident seçkisi üzrə yekun hesabatında prezidentliyə namizədlər üçün tələb edilən təhsil və yaşayış yeri ilə bağlı məhdudiyyətlərin ləğv edilməsini tövsiyə edib. Bundan əlavə, ATƏT DTİHB seçki sənədlərinin yoxlanılması mexanizminin sadələşdirilməsi və bu prosesdə şəffaflığının artırılmasını tövsiyə edib.Eləcə də, yoxlama prosesində namizədlərin səmərəli iştirakının təmin edilməli olduğu qeyd edilib.Həmçinin qərarların əsaslandırılması tələbinin vacib olduğu vurğulanıb.Xırda və texniki çatışmazlıqların namizədliyin qeydiyyatından imtina üçün əsas olmamalı olduğu bildirilib.
- Şikayətlərlə bağlı
- Seçki hüquqlarının pozulması ilə bağlı şikayət və müraciətlərin verilməsi və onlara baxılması mexanizmlərini tənzimləyən Seçki Məcəlləsinə və Mülki Məcəlləyə müvafiq dəyişikliklərin edilməsi (VK).
- Seçki komissiyası tərəfindən şikayətlərə baxılmasını, hər bir şikayət üzrə səsvermənin keçirilməsini və şikayətlər üzrə seçki komissiyalarının qərarlarının sənədləşdirilməsini təmin etmək məqsədilə Seçki Məcəlləsinə dəyişikliklərin edilməsi (VK).
- MSK-ya verilmiş şikayətlərin konkret MSK üzvü və ya əməkdaşı tərəfindən deyil, bu qurumun özü tərəfindən kollegial qaydada araşıdırlması (VK).
- Seçki prosesindən sonra şikayətə baxılma sisteminin təkmilləşdirilməsi, şikayətlərin imzalanması (VK).
- Seçki Məcəlləsində şikayətlərin hansı hallarda məhkəməyə, hansı hallarda isə seçki komissiyasına verilməsinin dəqiqləşdirilməsi (VK).
- Şikayətlərin baxılma sisteminin təkmilləşdirilməsi (AŞ).
- Şikayətçilərin bütün dəlilləri məhkəmələr tərəfindən dinləmələr zamanı nəzərdən keçirilməli və qərarlarında öz əksini tapmalıdır. Qanunun tələbinə əsasən, məhkəmə öz qərarlarının tam qanuni əsaslarla qəbul olunmasını izah etmək məqsədilə tərəflərin dinləmələr zamanı səsləndirdiyi arqumentləri qərarlara daxil etməlidir (ATƏT/DTIHB).
- Əvvəl tövsiyə olunan kimi, şikayətlər üzrə ekspert qruplarının tərkibinin yenidən nəzərdən keçirilməsi ilə bərabər, şikayətlərin bir neçə ekspertdən ibarət qrup tərəfindən baxılmasını təmin etmək üçün müvafiq prosedurlara əlavələr edilməlidir (ATƏT/DTIHB).
- Nəticələrin Konstitusiya Məhkəməsinə göndərilməsindən əvvəl şikayət vermək müddətinin başa çatmasını təmin etmək məqsədilə Seçki Məcəlləsinə əlavələr edilməlidir və Konstitusiya Məhkəməsi şikayətlər üzrə müddətlər başa çatmadan və bütün şikayətlər üzrə qərarlar verilmədən nəticələri təsdiq etməməlidir (ATƏT/DTIHB).
- Hər hansı bir rəylə razılaşmadığı halda, digər ekspertlər fərqli rəy təqdim etmək hüququna malik olmalıdırlar və həmin rəy sonradan MSK tərəfindən də müzakirə olunmalıdır (ATƏT/DTIHB).
- MSK-da ekspert qrupu ilə media üzrə işçi qrupu arasında səlahiyyətlərin bölünməsi aydınlaşdırılmalıdır. Nəzərdə tutula bilər ki, ekspert qrupuna mediaya aid olmayan kampaniya ilə bağlı ərizə və şikayətləri araşdırmaq səlahiyyəti həvalə edilsin, lakin media işçi qrupu isə, kampaniya zamanı yalnız medianın işi ilə bağlı ərizə və şikayətlərlə məşğul olsun (ATƏT/DTIHB).
- Seçki Məcəlləsində şikayət və müraciətlərə baxılması üçün ekspert qruplarının təyin olunması ilə bağlı dəqiq meyarlar təsbit olunmalıdır.Bundan əlavə, şikayət və müraciətlərin araşdırılması müddətinin uzadılması üçün Məcəllədə maksimum müddət müəyyən edilməlidir (ATƏT/DTIHB).
- Seçki Məcəlləsi ilə müxtəlif qanunlarda seçkiyə dair müddəaların müqayisəsi zamanı uyğunsuzluqları və ya ikili məna daşıyan yerləri aradan qaldırmaq üçün yenidən baxılmalıdır. Məsələn, Mülki Prosessual Məcəllədə və Seçki Məcəlləsində seçki ilə bağlı ərizə və şikayətlərin baxılmasında rayon məhkəmələrinin rolu yenidən nəzərdən keçirilməlidir (ATƏT/DTIHB).
- Seçki şikayətləri və səmərəli müdafiə vasitələri. ATƏT/DTİHB-nin 2010-cu il parlament və 2013-cü il prezident seçkiləri üzrə hesabatlarında qeyd edilir ki, Seçki Məcəlləsinə uyğun əsaslandırılmış qərarlar qəbul edilməsi məqsədilə seçki komissiyaları və məhkəmələr şikayətlərə aşkar və şəffaf qaydada baxmalı və şahid ifadələri daxil olmaqla bütün sübutları araşdırmalıdır. Bundan əlavə, seçki komissiyalarında təsis edilmiş ekspert qruplarının üzvləri seçki komissiyasından asılılığı olan və onunla qarşılıqlı maraqları olan şəxslərdən təyin edilməməli, həmin qrupların üzvləri kənardan təyin edilməli, onların seçki komissiyalarından asılılığı olmamalı və ekspert olan şəxslər hüquqşünaslıq sahəsində lazımi səviyyədə mütəxəssis olmalıdır.
- Namizədlərin və seçicilərin qeydiyyatı ilə bağlı
- Namizədlərin qeydə alınmasından imtinaya aid müddəanın dəyişdirilməsi; (Namizədlərin qeydiyyatının ləğv edilməsi ilə bağlı Seçki Məcəlləsinə dəyişiklik edilməlidir. Namizədin qeydiyyatının ləğvi yalnız onun namizədliklə bağlı qanunun tələblərinə cavab vermədiyi hallarda məhdudlaşdırılmalıdır) (VK).
- Qeydiyyatın ləğvi prosedurlarının dəyişdirilməsi (VK).
- Qeydiyyata alınmaq üçün Prezidentliyə mümkün namizədlər tərəfindən təqdim edilməli seçici imzalarının və müşayiət edən məlumatın yenidən baxılması sistemi və bu işin yerinə yetirilməsinə ayrılan müddət yenidən nəzərdən keçirilə bilər, çünki təcrübə onu göstərir ki, hazırki qaydalar nə lazımi və şəffaf baxılmanı təmin edir, nə də ki, namizədin qeydiyyatı ilə bağlı MSK-nın qərarlarına qarşı məhkəmədə effektiv şəkildə iddianın qaldırılmasına imkan verir (ATƏT/DTIHB).
- Alternativ olaraq, Seçki Məcəlləsinə edilmiş ən son əlavələr nəticəsində çıxarılmış seçici imzalarının əvəzinə mümkün namizədlər üçün maliyyə depozitini qoymaq imkanı yenidən qaytarılmalıdır (ATƏT/DTIHB).
- Əlavə olunmuş və siyahıdan çıxarılmış seçicilərin dəqiq sayını göstərməklə, seçici siyahılarının dəqiqləşdirilməsi və yenilənməsi prosesinin nəticəsi olaraq ilkin və yekun rəqəmləri əks etdirən təfərrüatlı məlumatları dərc etməlidir. (ATƏT/DTIHB)
- Beynəlxalq standartlara zidd olması və əsassız məhdudiyyət hesab oluna bilməsi səbəbindən iddialı şəxslər və namizədlər üçün təhsil və daimi yaşayışla əlaqədar tələblərin ləğv olunması tövsiyə olunur (ATƏT/DTIHB)
- Sənədlərin yoxlanılması qaydaları və prosedurlarının şəffaflığının artırılması ilə iddialı şəxslərin namizədliyinin irəli sürülməsi və qeydiyyata alınması üzrə qanunvericilyin mövcud müddəalarının tətbiqi təkmilləşdirilməlidir (ATƏT/DTIHB).
- Seçici siyahılarının tərtibatına aid aydın təkmilləşdirmə işləri aparılsa da, onların dəqiqliyini yaxşılaşdırmaq üçün əlavə səylər göstərilməlidir. Hər seçkidən sonra seçici siyahılarında səhvən adları buraxılmış və MnSK-lar tərəfindən seçici siyahılarının təsdiqlənməsindən sonra əlavə edilmiş seçicilər avtomatik qaydada əsas seçici siyahılarına daxil edilməlidir (ATƏT/DTIHB).
- MSK DSK və MnSK-lara göstəriş verə bilər ki, onlar seçicinin qeydiyyatdan çıxma vəsiqələrini verdikdə, onların üzərində qeydiyyatı ləğv olunmuş seçicilərin şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi həmin vəsiqələrin üzərində qeyd olunsun və qeydiyyatdan çıxmış seçici vəsiqələrini qəbul edən MnSK-lar, adi seçicilərə şamil edilən hüquqi müddəalara uyğun olaraq, həmin məlumatı seçici siyahılarına daxil etsinlər (ATƏT/DTIHB).
- Namizədliyin ləğv edilməsi haqqında müddəalara onların ləğv edilməsi ilə bağlı əsas gətirilən səbəblərin azaldılması üçün yenidən baxılmalıdır çünki onların bəziləri uyğunsuzdur (ATƏT/DTIHB).
- Namizədlərin qeydiyyatı prosesi üzrə qoyulmuş müddətlərə sonradan qeydə alınan namizədlərin effektiv təşviqat aparmaq və seçicilərlə görüşmək üçün kifayət qədər vaxtı olmasını təmin etmək üçün yenidən baxılmalıdır. (ATƏT/DTIHB).
- MSK prosesin bütün aspektləri üzrə aydın vəzifə bölgüsü göstərilməklə, seçici siyahılarının təsdiqlənməsinin və yenilənməsinin bütün prosessual və əməli aspektlərini tənzimləyən müfəssəl təlimatlar hazırlamalıdır. MSK siyahıya əlavə edilmiş və siyahıdan çıxarılmış seçicilərin sayının ətraflı təhlili daxil olmaqla, seçici siyahıların təsdiqlənməsi və yenilənməsinə dair ilkin və yekun informasiyalar dərc edilməsi yolu ilə seçici qeydiyyatı prosesinin şəffaflığını artıran tədbirlər görməlidir.Əlavə seçici siyahıları barədə məlumat sistemli şəkildə toplanmalı və daimi seçici siyahısına daxil edilməlidir (ATƏT/DTIHB).
- Müşahidəçilərlə bağlı
- Rəsmi orqanlar istənilən yerli müşahidəçi qruplarının qarşısında lüzumsuz məhdudiyyət qoymadan onların qeydiyyatdan keçməsini və təşkilatlanmaq və toplaşmaq azadlıqlarına maneə yaratmadan öz fəaliyyətlərini icra etməsini təmin etməlidir (ATƏT/DTIHB).
- Yerli və beynəlxalq müşahidəçilər tərəfindən seçki prosesinin bütün mərhələlərinin azad və maneəsiz müşahidə edilməsini və xüsusilə səsvermə, səslərin sayılması və nəticələrin protokollaşdırılması prosesində onların seçki məntəqəsinin daxilində azad və maneəsiz hərəkətini təmin etmək məqsədilə müvafiq tədbirlər görülməlidir (ATƏT/DTIHB).
- Yerli bitərəf müşahidə qruplarına tam azad şəraitdə işləməsinə icazə verilməlidir. Qeyri-hökumət təşkilatlarının qeydiyyat prosesi, bu cür qrupların vətəndaşlar tərəfindən formalaşdırılması asanlaşdırılmalı və müşahidə səylərini çətinləşdirməli deyil (ATƏT/DTIHB).
- Yerli və beynəlxalq müşahidəçilərin seçki günündəki prosedurları effektiv şəkildə izləmə hüquqları təmin edilməlidir. Bu məqsədlə məntəqə seçki komissiyaları və dairə seçki komissiyalarına əlavə təlimlər keçirilməsi və aydın təlimatlar verilməsi məsələsinə baxılmalıdır (ATƏT/DTIHB).
- Seçkilərə müdaxilənin və saxtalaşdırılmanın qarşısnın alınması
- Mümkün ola biləcək bir neçə dəfə səs vermənin qarşısını almaq üçün mürəkkəbə batırılma prosedurları tətbiq edən Seçki Məcəlləsinə edilmiş müsbət dəyişikliyi nəzərə alaraq, MSK prosedurlara seçki komissiyaları tərəfindən dəqiq şəkildə riayət olunmasını, o cümlədən seçicilərin barmaqlarında mürəkkəb izinin yoxlanılmasını və seçki bülletenlərinin verildiyi zaman mürəkkəb tətbiq edilməsini təmin etməlidir (ATƏT/DTIHB).
- MSK təkrar səsverməyə qarşı mühüm təminat olan barmaqların mürəkkəblə rənglənməsi prosedurlarının, həmçinin seçicilərin barmaqlarının mürəkkəbin izinə görə yoxlanılmasının və bülletenlərin verilməsi zamanı mürəkkəbin vurulmasının seçki komissiyaları tərəfindən ciddi və bərabər şəkildə icra edilməsini təmin etməlidir (ATƏT/DTIHB).
- Veb kameraların seçki məntəqələrində istifadəsi davam etdirilərsə, onların istifadəsi, video görüntülərə ərizə və şikayətlər prosesində dəlil statusunun verilməsi Seçki Məcəlləsi ilə tənzimlənməli və MSK seçkidən öncə onların quraşdırılması və istifadəsi ilə bağlı müvafiq qaydaları tərtib etmək imkanını nəzərdən keçirə bilər. MSK həmçinin bu cür kameraların quraşdırılacağı seçki məntəqələrinin siyahısını tərtib edə bilər və ya ən azı, bu siyahılar DSK-lar tərəfindən yazılarsa, onları təsdiq edə bilər (ATƏT/DTIHB).
- Seçki məntəqələrində veb kameralarının istifadəsinə davam edildiyi halda, bu kameraların lentə aldığı yazıların seçki mübahisələrinə baxılması zamanı statusu və sübut kimi istifadəsi Seçki Məcəlləsi ilə tənzimlənməlidir (ATƏT/DTIHB).
- Seçici maarifləndirmə kampaniyaları, seçki komissiyalarına əlavə təlimlərin keçirilməsi və seçki məntəqələrində kifayət sayda veb kameralarının quraşdırılması da daxil olmaqla səsvermənin gizliliyinə riayətlilik səviyyəsini artırmaq üçün səylər göstərilməlidir (ATƏT/DTIHB).
- Ailəvi səsvermə məsələsinin həlli üçün əlavə səylər göstərilməlidir, çünki bu cür təcrübə səsvermənin məxfiliyini və ayrılmaz olduğunu sual altına qoyur, bu məqsədlə, bir sıra tədbirlər görülə bilər, o cümlədən seçicilərin maarifləndirmə kampaniyası və seçki komissiyaları üçün əlavə təlim kursları təşkil oluna bilər (ATƏT/DTIHB).
- Seçkidən sonrakı mərhələ ilə bağlı
- İlkin nəticələrin elan edilməsi müddətinin dəyişdirilməsi (VK).
- Cinayət faktları ilə bağlı prokurorluq orqanlarına birbaşa müraciəti məhdudlaşdıran və yalnız seçki komissiyalarına bu cür müraciət hüququ verən normaların yenidən nəzərdən keçirilməsi.(VK)
- Seçkilərin nəticələrinin ləğv edilməsi ilə bağlı iddiaların ədalətli və obyektiv araşdırılımasını təmin edəcək prosedurların müəyyən edilməsi (VK).
- “Konstitusiya məhkəməsi haqqında” qanunda seçkilərin nəticələrinin təsdiq edilməsi, xüsusilə seçkilərin nəticələrinin ləğvi ilə bağlı şikayətlərə baxılmasını tənzimləyən normalara yenidən nəzər salınması (VK).
- Seçki Məcəlləsi nəticələr üzrə yekun protokolun yalnız şikayətlər üzrə qoyulmuş müddət başa çatdıqdan və bütün şikayətlərə məhkəmələr tərəfindən baxıldıqdan sonra MSK tərəfindən tərtib edilməsini və yoxlanılmaq üçün Konstitusiya Məhkəməsinə göndərilməsini təmin etməlidir (ATƏT/DTIHB).
IV Azərbaycan Respublikası tərəfindən həyata keçirilmiş tövsiyələr
- Seçkilərə müdaxilənin və saxtalaşdırılmanın qarşısının alınması
- Ölkədə fəaliyyət göstərən əksər siyasi qüvvələrlə bir neçə görüş, dialoq təşkil olunub.
- Seçki prosesinə inzibati müdaxilə qadağan edilib;
- MnSK-lar səsvermə günü seçki bülletenlərini alarkən seçicilərin sol əllərinin baş barmaqlarını zərərsiz, gözə görünməyən mürəkkəblə işarələyir. Seçicilər seçki bülletenini alarkən, əvvəl səs vermədiklərini müəyyənləşdirmək, yəni təkrar səsvermənin qarşısını almaq məqsədilə sol əllərinin baş barmaqları ultrabənövşəyi lampa vasitəsilə yoxlanılır.
- Şəffaflığın təminatı üçün digər bir vasitə isə seçki məntəqələrində quraşdırılan vebkameralardır.Azərbaycanın seçki tarixində 2008-ci ildən başlayaraq seçki məntəqələrindən kənarda internet vasitəsilə səsvermə prosesini canlı izləmə imkanı verən, şəffaflığın təmin olanmasında önəmli rol oynayan veb-kameralardan istifadə təcrübəsi tətbiq olunur.
- Seçki Məcəlləsinə seçki komissiyalarının işinə qanunsuz müdaxilənin qadağan olunması ilə bağlı xüsusi müddəa (maddə 111.1) daxil edilmişdir ki, bu da komissiyaların öz işinin müstəqil həyata keçirməsinə şərait yaradan amildir.
- 11 may 2005-ci il tarixli “Azərbaycan Respublikasında seçki praktikasının təkmilləşdirilməsinə dair Azərbaycan Respublikası Prezidentinin Sərəncamı”, 25 oktyabr 2005-ci il tarixli “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı təcili və təxirəsalınmaz tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı”, 16 dekabr 2008-ci ildə Seçki Məcəlləsinə edilmiş dəyişikliklər (Maddələr: 11-1.2, 115.1.2, 115.1.21-115.1.23) yerli icra orqanlarının seçki komissiyalarının işinə və seçki prosesinə müdaxiləsinin qarşısının alınmasını, seçki günü vətəndaşların seçki hüquqlarının pozulması ilə əlaqədar cinayət tərkibli olması ehtimal edilən məlumatların təcili araşdırılması və cinayət əməlləri törətməkdə təqsirli bilinən şəxslərin məsuliyyətə cəlb edilməsini nəzərdə tutur.
- Məcəlləyə əlavə edilən 111.2 maddəsinə əsasən “Vətəndaşların seçkidə (referendumda) iştirak hüquqlarının həyata keçirilməsinə mane olma, vətəndaşı namizədin lehinə imza atmağa məcbur etmə və ya onun səs verməsinə mane olma, seçki komissiyalarının işinə müdaxilə etmə və ya təsir göstərmə, seçki (referendumda iştirak) sənədlərinin saxtalaşdırılması və ya sənədlərin təqdim edilməsi, bilə-bilə səslərin düzgün hesablanmaması, səsvermənin nəticələrinin düzgün müəyyənləşdirilməməsi və ya səsvermənin gizliliyinin pozulması, başqa şəxslərin yerinə səs verilməsi, bir şəxs tərəfindən seçki qutusuna birdən artıq seçki bülleteninin salınması Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan məsuliyyətə səbəb olur” və bu da bütövlükdə seçki prosesinə hər hansı formada qanunsuz müdaxilə edilməsinə qarşı ciddi xəbərdarlıq hesab olunmalıdır.
- Seçkilər zamanı ailəvi səsvermə ilə bağlı MSK-ya hər hansı şikayət və ya müraciət daxil olmamışdır. Bu da illərdən bəri aparılan müvafiq maarifləndirmə prosesinin nəticəsi olaraq əldə olunan nailiyyətlər sırasındadır.
- Namizədlərin və seçicilərin qeydiyyatı
- Seçki Məcəlləsinə əsasən, hər il yanvar ayından may ayının sonunadək seçici siyahılarının dəqiqləşdirilməsi prosesi həyata keçirilir;
- Seçki Məcəlləsinin 101-ci maddəsinə əsasən seçicilərə vahid dairə üzrə verilən səsvermə üçün qeydiyyatdançıxma vəsiqələrindən seçki məntəqələrində səs vermək üçün istifadə edilə bilər. Bu prosedur müfəssəl şəkildə Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanmış “Seçki Günü üçün Yaddaş” kitabçasında ətraflı izah olunur;
- Seçki Məcəlləsinin əvvəlki redaksiyasında 13.3.4-cü maddəyə əsasən başqa dövlətlər qarşısında öhdəlikləri olan Azərbaycan vətəndaşlarının passiv seçki hüququna malik olmaması barədə müddəa var idi, lakin həmin öhdəliklərin nədən ibarət olması açıqlanmırdı.Həmin maddəyə edilən əlavəyə əsasən bu öhdəlikərin mahiyyəti açıqlanır və bu düzəliş Venesiya Komissiyasının həmin məsələ ilə bağlı tövsiyəsinin nəzərə alınması kimi qiymətləndirilməlidir.
- Təkrar səsvermənin qarşısının alınması üçün seçicilərin barmaqlarının mürəkkəblənməsi;
- Namizədlərin qeydiyyatının ləğvinin yalnız məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda mümkün olması.
- Digər düzəliş seçki günü adı seçici siyahısında olmayan vətəndaşların MnSK tərəfindən seçici siyahısına əlavə edilə bilməsi ilə əlaqədar edilən düzəlişdir.
- Venesiya Komissiyasının tövsiyələrindən biri də seçici siyahılarında vətəndaşların yaşadıqları evlərin və mənzillərin nömrələrinin göstərilməsinin vacib olması idi ki, həmin tələb yerinə yetirilmişdir (20-ci düzəliş).Bu düzəliş seçici siyahılarının şəffaflığına xidmət edir.
- Venesiya Komissiyasının təklifləri içərisində maliyyə məsələləri ilə bağlı maddələrə əlavə və dəyişikliklərin edilməsi tövsiyəsi var. Son dəyişikliklərə əsasən həmin təklif qəbul olunmuşdur.“Şərti maliyyə vahidi” ifadələri yeni manatla göstərilmiş konkret məbləğlərlə ifadə olunmuşdur.Bununla yanaşı həm prezident, həm də parlament seçkiləri zamanı namizədlərin seçki fondunun məbləğinin yuxarı həddi bir neçə dəfə artırılaraq Prezidentliyə namizədlər üçün 10 mln.manat, Milli Məclis üzvlüyünə namizədlər üçün 500 min manat məbləğində müəyyən olunmuşdur;
- Siyasi partiyalar öz icraçı və inzibati orqanlarında yüksək vəzifədə olan qadınların sayını artırmaq üçün real səylər göstərməlidir. Parlament və dövlət orqanları qadınların yüksək dövlət vəzifələrinə və seçki adminstrasiyasının yüksək pillələrinə təyin olunmasını təşviq etmək və təmin etmək məqsədilə zəruri şərait yaradılıb. Milli Məclis üzvlərinin 1990-cı ildə bütün deputatların 4,3%-ni, 2000-ci ildə 10,7%-ni, 2005- ci ildə 10,5 %-ni, qadınlar təşkil edirdisə, 2010- cu ildə bu rəqəm 16%, 2015-ci ildə isə 16,8% olmuşdur.
- Mövcud qanunvericilik namizədlərin qeydiyyatının yalnız bir mexanizmini -imza toplamaqda qeydiyyatdan keçməsini nəzərdə tutur. 2008-ci il düzəlişləri vasitəsilə depozit sistemi qanunvericilikdən çıxarılıb. İmza mexanizmi ilə bərabər digər seçki sənədlərinin (gəlirlər, mülkiyyət və namizəd barədə digər məlumatlar) düzgünlüyü də təmin edilməlidir.Deputatlığa namizədlərin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanılmalıdır.Parlament seçkilərində bir seçici birdən artıq namizədin müdafiəsi üçün imza ata bilər ki, bu əvvəlki qaydalara nisbətən daha mütərəqqidir və namizədləriklərini irəli sürən şəxslərin işini asanlaşdırıb.
- Seçki Administrasiyası, seçki komissiyaları ilə bağlı
- Komissiyaların tərkibinə hərbiçilərin daxil edilməsinə dair ciddi qanuni maneə mövcud deyildir.
- Seçki Komissiyasının iclası və həmin iclasda baxılan məsələlər haqqında seçki komissiyasının üzvləri komissiyanın sədri tərəfindən iclasın keçirilməsindən 5 gün əvvəl, lakin iclasın keçirilməsinə ən azı 3 gün qalmış xəbərdar edilirlər. Seçki komissiyası iclasının vaxtı haqqında məlumat və həmin iclasda baxılan məsələlərin siyahısı, onlara aid müvafiq qərar layihələri və digər sənədlər seçki komissiyasının üzvlərinə yazılı formada və ya telefonla şəxsən çatdırılır. İclasın vaxtı haqqında məlumat və həmin iclasda baxılan məsələlərin siyahısı, onlara aid müvafiq qərar layihələri və digər sənədlər səsvermə gününə 5 gündən az qalmışdırsa, 24 saat müddətində, səsvermə günü isə dərhal və şəxsən çatdırılır. Baxılan şikayətlərin sayının və toplanılmalı olan sübutların həddindən çox olması, habelə araşdırma müddətinin qısa olması hallarında belə komissiya üzvünün həmin materiallarla təmin edilməsi diqqət mərkəzində saxlanılır.
- Məcəllənin 22.1-ci maddəsinə qohumluq əlaqələrinə görə səlahiyyətlərinə müvəqqəti xitam verilmiş komissiya üzvlərinin səlahiyyətlərinin seçkilərin nəticələri rəsmən elan olunduqdan sonra bərpa olunması barədə müddəa əlavə edilmişdir. Bununla da seçki komissiyalarının daimi əsasda fəaliyyət göstərməsinə mane ola biləcək məqam aradan qaldırılmışdır.
- Seçki prosesinin əsas aspektləri ilə bağlı təlimat və qaydaların hazırlanmasında təkmilləşdirmə işlərinin aparılması ilə yanaşı, bütün təlimat və qaydaların ölkə ərazisində vahid formada tətbiqini təmin etmək üçün onlar MSK tərəfindən aşağı seçki komissiyalarına lazımi qaydada çatdırılır.
- MSK davamlı şəkildə problemlərlə müşayiət olunan sahələri vurğulamaqla, təlimləri daha da intensivləşdirərək, DSK və MnSK-ları təlimatlandırmaq üçün göstərdiyi səyləri davam etdirə bilər. MnSK-lar hesablama prosedurlarına və yekun prtokollarının doldurulmasına aid qaydaların onlar tərəfindən qavranılması və əməl olunmasına xüsusi diqqət yetirilir.
- Siyasi partiyalara dövlət büdcəsindən maliyyə ayrılmasının reallaşdırılması.
- Digər düzəlişə əsasən (düzəliş 22-ci maddə 54.5.4.), əvvəllər siyasi partiyaların səlahiyyətli nümayəndəsinin vəkalətnaməsi yalnız notariat qaydasında rəsmiləşdirilə bilərdisə, indiki halda bu rəsmiləşmə AR Mülkü Məcəlləsində nəzərdə tutulmuş qaydada aparılır. Bu da ona imkan verir ki, səlahiyyətli nümayəndə öz vəkalətnaməsini notariusdan əlavə yerli icra nümayəndəliyində, bələdiyyədə, iş yeri üzrə və qanunvericiliyə müvafiq olaraq sair formada rəsmiləşdirə bilsin. Bu mənada vəkalətnamənin yalnız notariat qaydasında rəsmiləşdirilə bilməsi ilə əlaqədar məhdudiyyət aradan qaldırılmışdır.
- Seçki Məcəlləsinin 35.2-ci maddəsinə əsasən seçki məntəqələri müvafiq dairə seçki komissiyaları tərəfindən müvafiq icra hakimiyyəti orqanı və bələdiyyə qurumu ilə razılaşdırılmaqla, seçicilər üçün maksimum əlverişli şərait yaradılmasının zəruriliyi, yerli və digər şərait nəzərə alınmaqla yaradılır.
- İclasa çıxarılmalı olan materiallarla komissiya üzvlərinin tanış olması üçün Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 19.8-ci maddəsinin tələbinə daim əməl olunur.
- Seçki dairələri üzrə seçicilərin artım dinamikası diqqətlə izlənilir və lazım gəldikdə qanunvericiliyin tələbləri nəzərə alınaraq seçki dairələri və məntəqələri ərazisində müvafiq dəyişikliklər edilir.
- MSK çoxsaylı təlimat, qayda, izah və digər normativ xarakterli aktlar qəbul edərək öz internet səhifəsində yerləşdirmiş və dərc etmişdir. Həmçinin bu sənədlər toplu halında çap edilərək aşağı seçki komissiyasının hər bir üzvünə təqdim edilmişdir.MSK-nın maarifləndirmə sahəsində həyata keçirdiyi tədbirlərdən biri məntəqə seçki komissiyaları (MnSK) üçün keçirilən treninqlərdir.Treninqlərin keçirilməsində MSK 2003-cü ildən Avropa Şurasının Venesiya Komissiyası ilə yaxından əməkdaşlıq edir.
- Seçki Məcəlləsi”nin 24-cü maddəsi müxtəlif dövrlərdə təkmilləşdirilmiş və hazırkı formanı almışdır. Seçki komissiyalarının hazırki formatı Venetsiya Komissiyası və Azərbaycan Hökuməti arasında gedən danışıqların nəticəsi olaraq Azərbaycan Respublikasınin 27 may 2003-cü il tarixli Qanunu ilə müəyyənləşdirilmişdir. Həmin Qanuna əsasən Seçki Məcəlləsinin seçki komissiyalarının tərkibi ilə bağlı maddələr 2005-ci ildə yeni seçilmiş Azərbaycan Respublikası Milli Məclisinin birinci iclas günü qüvvəyə minmişdir. 2008-ci il prezident seçkiləri ilə əlaqədar Venetsiya Komissiyası seçki komissiyalarının yenidən formalaşdırılmasıyla bağlı Azərbaycan tərəfi ilə yenidən danışıqlara başlayaraq müxalifət partiyalarının təklifinə əsasən seçki komissiyalarının paritet əsaslarla siyasi partiyalardan formalaşdırılması təklifini irəli sürüb. Lakin bu təklif qəbul olunmayıb. Fikrimizcə bu təklifin qəbul olunmamasının səbəbləri aşağıdakılardır:
– Paritet kimi nəzərdə tutlan iki tərəf arasında qüvvələr nüsbəti çox fərqlidir; (iqtidar və müxalifət partiyalarını təmsil edən deputatların sayları arasında fərq çox böyükdür).
– Bu təklifdə paritetin bir tərəfi hesab olunan namizədləri hansı partyaların irəli sürəcəyi qeyri-müəyyəndir. Müxalifət partiyaları arasında “əsl müxalifət kimdir?” məsələsi üstündə mübahisənin davam etdiyi bir zamanda komissiyaların paritet əsasda formalaşdırılması qeyri mümkündür. Parlamentdə təmsil olunmayan müxalifət partiyaları ilə parlamentdə təmsil olunan müxalifət partiyaları arasında bu məsələdə yekdil fikirin olmaması da bunun reallaşdırılmasını mümkünsüz edir.
– Azərbaycan Respublikası Seçki Məcəlləsinə görə MSK ümumölkə üzrə yaradılır, 18 üzvdən ibarətdir və onun üzvləri Milli Məclis tərəfindən seçilir.MSK-nın 6 üzvünün namizədliyini parlamentin çoxluq siyasi partiyası, 6 üzvünün namizədliyini müstəqil deputatlar, 6 üzvünün namizədliyini isə parlamentin azlıq siyasi partiyaları irəli sürür.Müstəqil deputatların bir namizədi çoxluq siyasi partiyası, digər namizədi isə azlıq təşkil edən siyasi partiyaların nümayəndələri ilə razılaşdırılır.DSK 9 üzvdən, MnSK isə 6 üzvdən ibarətdir.Bu qurumların da üzvləri 1\3 prinsipi ilə MSK-nın formalaşdığı qaydada yaranırlar.DSK üzvlərini MSK, MnSK üzvlərini isə DSK təyin edir.Seçki komissiyalarının sədrləri parlamentin çoxluq siyasi partiyasının üzvləri sırasından seçilir.Seçki komissiyaları onun üzvlərinin 2/3-si təyin edildikdə və təyin edilmiş üzvlərin 2/3-si iştirak etdikdə səlahiyyətli sayılır.İştirak edən üzvlərin sayına uyğun olmaqla seçki komissiyalarının qərarları 2/3 səs çoxluğu ilə qəbul edilir.
- Toplaşma azadlığı və seçkiqabağı təşviqat
- Seçicilərlə görüş üçün bütün ölkə üzrə 168 açıq və qapalı məkanlar müəyyən edilmişdi.
- Seçki Məcəlləsinin 80.1-ci maddəsinə görə, seçkiqabağı təşviqat üçün namizədlərə efir vaxtı ayrılması vəzifəsi İctimai Televiziya və Radio Yayımları Şirkəti üzərinə qoyulmuşdu.MSK ödənişsiz efir müddətini qanunvericilikdə nəzərdə tutulmuş minimum hədlərdə (həftəlik 3 saat İTV-də və 3 saat “İctimai“ radioda olmaqla) müəyyənləşdirmişdi.
MSK-nın təlimatına əsasən
- Teleradio verilişləri təşkilatlarında efir vaxtının, habelə dövri nəşrlərdə dərc üçün yerin ödənişsiz əsaslarla ayrılması qaydaları və şərtləri
3.1. Seçki dairələrinin 60-dan çoxunda namizədləri qeydə alınmış siyasi partiyaların, siyasi partiyalar bloklarının verilişləri Azərbaycan Respublikası ərazisinin yarısına, yaxud yarısından çox hissəsinə yayımlanan ictimai teleradio verilişləri təşkilatlarının kanallarında pulsuz efir vaxtı, habelə Azərbaycan Respublikası ərazisinin yarısına, yaxud yarısından çox hissəsinə yayılan, həftədə azı bir dəfə çıxan dövlət dövri nəşrlərində pulsuz dərc üçün müvafiq yer almaq hüququ vardır.
3.2. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası (bundan sonra – Mərkəzi Seçki Komissiyası) bu Təlimatın 3.1-ci bəndində göstərilmiş qurumların siyahısını seçkilərin təyin edilməsi haqqında sərəncamın rəsmi dərc edilməsi günündən 20 gündən gec olmayaraq həmin qurumların və ya Milli Televiziya və Radio Şurasının, habelə Azərbaycan Mətbuat Şurasının təqdimatına əsasən dərc edir.
3.3. Bu Təlimatın 3.2-ci bəndində göstərilmiş Teleradio verilişləri təşkilatlarının təqdim etdikləri ödənişsiz efir vaxtı seçki dairələrinin 60-dan çoxunda namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları arasında eyni şərtlər əsasında bərabər həcmdə bölünür.
- Digər bir düzəliş də seçkiqabağı təşviqatla bağlıdır (37-ci düzəliş). Həmin düzəlişə əsasən məcəlləyə 81.11 saylı yeni maddə əlavə edilmişdir. Həmin maddəyə əsasən: “Televiziya və Radioda seçkiqabağı təşviqatın ödənişli əsaslarla aparılması məqsədilə efir vaxtı reklam haqqında qanunvericiliyə uyğun olaraq ayrılır”.
- Mərkəzi Seçki Komissiyası tərəflərə ədalətli mübarizə şəraiti yaratmaq üçün televiziya vasitəsilə öz seçkiqabağı platformalarını seçicilərə çatdırmaları üçün qanunvericilikdə nəzərdə tutulmuş imkanları daha da genişləndirərək tətbiq edir. 2010-cu ildə hər bir qeydə alınmış namizədə “İctimai” televiziyada 4 dəqiqəlik ödənişsiz efir vaxtının verilməsi və rəsmi qəzet səhifələrində dərc üçün ödənişsiz yer ayrılması buna misal ola bilər. Ödənişsiz efir vaxtından istifadə qaydaları MSK tərəfindən müəyyənləşdirilir və onlara əməl olunmasına nəzarət edilir.Ödənişli əsaslarla KİV-dən istifadə edildikdə, müvafiq KİV-in namizədlərə bərabər şərait yaratması və eyni şərtlər təklif olunması MSK tərəfindən təmin olunur.
- Seçki Məcəlləsinin 189.2-ci maddəsi ayrılmış pulsuz efir vaxtında müzakirələrin, dəyirmi masaların və digər bu cür təşviqat tədbirlərinin keçirilməsini nəzərdə tutur.
- Digər düzəlişə əsasən seçkiqabağı təşviqat materiallarının otaqlardan başqa binalarda və digər obyektlərdə yerləşdirilməsi qadağandır (düzəliş 38).
- Seçki Məcəlləsi və MSK-nın müvafiq təlimatlarına əsasən ekspert qrupları və media üzrə işçi qrupu (mətbuat qrupu) arasında dəqiq müəyyənləşdirilmiş vəzifə və səlahiyyət həddləri mövcuddur.Seçki Məcəlləsinin 25.3 və 74.5-ci maddələrinin tələblərinə uyğun olaraq, seçkilər zamanı seçkiqabağı təşviqat üçün müəyyən edilmiş qaydalara riayət edilməsi, yəni KİV-də seçkiqabağı təşviqatın aparılması qaydalarına əməl olunmasına nəzarəti həyata keçirmək üçün MSK-nın nəzdində mətbuat qrupu fəaliyyət göstərir.
- Azərbaycan Respublikasının 1995-ci il 12 noyabr tarixli Konstitusiyasının 49-cu maddəsində bu azadlıq təsbit olunmuşdur. Həmin maddədə deyilir ki, “Hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı vardır.Hər kəsin başqaları ilə birlikdə müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə dinc, silahsız yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri keçirmək, piketlər düzəltmək hüququ vardır”.“Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu 1998-ci ilin 13 noyabrında qəbul edilmişdir.Avropa Şurası Venesiya Komissiyasının müsbət rəyini almış bu qanun Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalara uyğun olaraq qəbul edilmişdir.Kütləvi aksiyaların keçirilməsi üçün xəbərdarlıq prosedurları, yerin müəyyənləşdirilməsi, toplantıların məhdudlaşdırılması və ya dayandırılması əsasları qanunda dəqiq təsbit edilmişdir.İctimai və dövlət təhlükəsizliyi mənafelərinin qorunması, ictimai asayişin pozulmasının qarşısının alınması, iğtişaş və ya cinayətlərin baş verməməsi, əhalinin sağlamlığının mühafizəsi, əxlaq normalarının və mənəviyyatın mühafizəsi, habelə başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılması hüquqi əsaslar kimi qanunun 7-ci maddəsində öz əksini tapmışdır.Seçki öncəsi bəzi jurnalistərin ölkədən çıxışına qadağanın aradan götürülməsi müsbət qiymətləndirilməlidir.
- Seçki kampaniyasını seçki subyektləri aparır. Seçki kampaniyası seçki gününə 23 gün qalmış başlamalı və seçki gününə 24 saat qalmış başa çatmalıdır.Bu müddət bəzi qərbi Avropa ölkələrindəki seçki kampaniyalarının müddətindən çoxdur.Mediada ödənişsiz kampaniya aparma imkanı qeydə alınmış namizədi olan partiyalara verilir.MSK və yerli icra hakimiyyətləri kampaniya üçün toplanış yerləri ayırır.Seçki kampaniyası çıxışlarında zorakılıq təbliğatına, diffamasiyaya, nifrət nitqinə, intellektual mülkiyyət hüququnun pozuntusuna yol verilmir ki, bu da Azərbaycan xalqının mentalitetinə uyğundur.
- Seçkiqabağı maliyyələşmə
- Azərbaycan Respublikası qanuvericiliyinə görə siyasi partiyalar və fərdi namizədlər seçki fondu yaratmalıdırlar.Seçki fondu bank hesabı formasında olmalı və ianələr yalnız bu hesab vasitəsilə aparılmalıdır.Seçki fondu ilə bağlı seçki kampaniyası dövründə aralıq hesabat və seçkilərdən sonra yekun hesabat verilir.MSK seçki kampaniyasının maliyyəsi ilə bağlı dövri hesabatlar haqqında məlumat verir.
- Müşahidəçilərlə bağlı
- Seçki Mcəlləsinin 40.5.-ci maddəsinə görə, müşahidəçilər müşahidəni öz təşəbbüsü ilə və ya qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, seçkilər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatının təşəbbüsü əsasında apara bilər.
- Milli Məclisin “Qeyri-Hökumət Təşkilatları haqqında” Qanuna etdiyi düzəlişə müvafiq olaraq Azərbaycanda fəaliyyət göstərən hər bir QHT maliyyələşmə mənbəyindən asılı olmayaraq ilk dəfə olaraq bu seçkilərdə seçkiləri müşahidə etmək və exit-poll keçirmək hüququ əldə etmişdir.
- Seçki Məcəlləsinin 40.4-cü maddəsinə əsasən, aktiv seçki hüququna malik olan bütün Azərbaycan Respublikası vətəndaşlarının seçkilərdə müşahidəçi qismində iştirak etmək hüququ vardır.Yerli bitərəf müşahidə qruplarının seçkilərdə tam azad şəkildə müşahidə aparmaq və işləmək hüquq vardır və bunun üçün onlara seçkilər zamanı maksimum hərtərəfli şərait yaradılır.
- Seçki komissiyalarının fəaliyyəti seçicilərlə bərabər yerli və beynəlxalq müşahidəçilər, eləcə də bütün digər seçki subyektləri üçün tam şəffafdır.
- Qanuna uyğun olaraq seçki komissiyalarının fəaliyyəti ictimaiyyət üçün şəffafdır. Aktiv seçki hüququna malik olan vətəndaşlar müşahidəçi olmaq hüququna malikdirlər.Onlar seçki gününə müəyyən müddət qalana kimi müşahidəçi kimi seçki komissiyasında qeydiyyatdan keçməlidirlər.Müşahidəçilər MSK və DSK-lardan qeydiyyatdan keçə bilərlər. Müşahidəçilər səsvermə başlamazdan əvvəl məntəqənin səsvermə üçün yararlığını yoxlamaq; səsvermə günü istədiyi vaxt müvafiq seçki məntəqəsinin səsvermə otağında olmaq; səsvermədə iştirak edən şəxslərin siyahısı ilə tanış olmaq; səsvermə başladığı vaxtdan səsvermənin nəticələri üzrə rəsmi protokolların tərtib olunmasına qədər prosesi müşahidə etmək; seçicilərə seçki bülletenlərinin verilməsini və onların səs vermə prosesini müşahidə etmək; müvafiq seçki komissiyalarında seçicilərin səslərinin təkrar hesablanmasını müşahidə etmək; seçki bülletenlərinin, həmçinin ləğv edilmiş seçki bülletenlərinin sayılmasını müşahidə etmək; müşahidənin nəticələrinin seçki komissiyasının protokoluna əlavə olunmasını tələb etmək; nəticələr haqqında rəsmi protokolların surətlərini əldə etmək; seçki komissiyalarına qeydlər və təkliflər vermək; seçki sənədlərinin dairə seçki komissiyasına və Mərkəzi Seçki Komissiyasına göndərilməsini müşahidə etmək; yuxarı seçki komissiyalarına və ya məhkəmələrə şikayət ərizələri təqdim etmək; mətbuat konfransları keçirmək və kütləvi informasiya vasitələrinə bəyanatlar vermək; video və fotoçəkilişlər aparmaq hüquq vardır.
- Şikayətlərlə bağlı
- Seçki şikayətlərinin araşdırılması üçün ekspert qrupları yaradılıb;
- Seçki Məcəlləsinin 112-ci maddəsinə görə seçki komissiyasına seçkilərin gedişi zamanı daxil olan hər bir şikayət üzrə qərar 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa, 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və yaxud növbəti gün isə dərhal qəbul edilir və şikayətçiyə çatdırılır. Seçki Məcəlləsi vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə MSK nəzdində 9 nəfərdən ibarət Exspert Qrupu yaradılmasını nəzərdə tutur.
- Ekspert qrupları yaradılarkən parlamentdə azlığı təmsil edən komissiya üzvləri eskpert qrupuna daxil edilir. Ekspert qrupuna MSK Katibliyinin müstəqil hüquqşünasları da qatılır.Dairə seçki komissiyalarının ekspert qruplarının yaradılmasında qrup tərkibində parlamentdə azlıq təşkil edən siyasi partiyaların təmsilçilərinin olması diqqətdə saxlanılır və dairə seçki komissiyalarının əksəriyyətində təmsil olunurlar.
- MSK-ya daxil olmuş şikayət və ya müraciət ekspert qrupunun üzvü tərəfindən təkbaşına, dəqiq, qərəzsiz və tam təfsilatı ilə araşdırıldıqdan sonra qrup üzvü tərəfindən gəlinən rəyə Komissiyanın iclasında baxılır. Ekspert qrupunun üzvü daxil olmuş şikayət və ya müraciət, onunla bağlı aparılan araşdırmalar, görülən işlər, toplanmış sübutlar, şahidlərin ifadələri və s. haqqında komissiya üzvlərinə məlumat verdikdən sonra ekspertin rəyi müzakirəyə qoyulur və rəy barəsində açıq səsvermə keçirilir. Ekspert qrupu üzvünün şikayət və ya müraciətlə bağlı rəyi, yaxud şikayət və ya müraciətin araşdırılması ilə bağlı atılan addımlar, hüquqi prosedurlar, toplanılmış sübutlar və faktlarla bağlı Komissiyanın hər hansı digər üzvünün əlavə fikri, iradı və ya rəyi olduqda, Komissiya yenidən həmin üzvün təklifini də açıq səsverməyə çıxararaq münasibətini bildirir.İşin aparılması komissiyanı qane etmədikdə bu araşdırma ekspert qrupunun digər üzvünə həvalə edilir.
- Seçki Məcəlləsinin 112.10-112.11-ci maddələri şikayətlərin verilməsi və xüsusilə, onun müddətinin tənzimlənməsini tam təfsilatı ilə izah edir (Bu maddələrə 20 aprel 2012-ci ildə yenidən dəyişikliklər edilmiş və daha da dəqiqləşdirilmişdir).Mülki Prosessual Məcəllədə əvvəllər seçkilərə dair şikayətlərin verilməsini tənzimləyən 290-292-ci maddələr çıxarılıb və hazırda seçkilərə dair şikayətlərin verilməsi Seçki Məcəlləsi ilə yanaşı İnzibati-prosessual Məcəllə ilə dəqiq tənzimlənir.
- Seçki Məcəlləsinin şikayət və müraciətlərin verilməsi prosedurlarından bəhs edən 112-ci maddəsi və MSK-nın şikayətlər barədə təlimatına dəyişikliklər edilmişdir. Komissiyalara daxil olmuş müraciət və şikayətlərə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası və Avropa Şurasının Venesiya Komissiyası ilə birgə işlənib hazırlanaraq 12 avqust 2008-ci ildə MSK-nın qərarı ilə qəbul edilmiş və 23 iyul 2010-cu ildə dəyişikliklər edilmiş “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” və “Məntəqə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” təlimatlara (Təlimatlar əlavə olunur) əsasən baxılır.
- Bu dəyişikliklərə paralel olaraq cinayət qanunvericiliyinə də müvafiq dəyişikliklərin edilməsi, seçki qanunlarının pozulmasına səbəb olan hərəkətlərin tövsifedici əlamət kimi AR CM-nin müvafiq maddələrinin dispozisiyasına daxil edilməsi seçki məcəlləsinə edilmiş dəyişikliklərin hüquqi qüvvəsini təmin edir;
- SM-nin 112-1.10-cu maddəsində seçki şikayətlərinin əlavə araşdırılması üçün qərar qəbul edilməsi müddətinin seçkilərə 30 gündən az qaldıqda 3 gündən 2 günə endirilib;
- 112-1.13-cü maddədə ekspert rəyinin dərci və şikayətçiyə çatdırılması üçün müddət 24 saatdan 18 saata endirilib;
- 112.11-ci maddədə seçki komissiyalarının qərarlarından şikayətlərə məhkəmələrin baxma müddəti səsvermə gününə 30 gündən az qaldıqda 3 gündən 2 günə endirilib, səsvermə günü və həmin gündən sonra isə dərhal baxılır;
- Azərbaycan Respublikasında seçki şikayətlərinin araşdırılması ilə bağlı 2008-ci ildə seçki komissiyaları yanında ekspert qrupları təsis edilib. Bu da seçki şikayətlərini araşdırılması işini daha da sadələşdirib.Əvvəlki illərdə olduğu kimi 2019-cu ilin dekabrında MSK seçki şikayətləri və səmərəli müdafiə vasitələrinə aid maarifləndirici tədbir həyata keçirib. Tədbirin gündəliyinə uyğun olaraq seminar-müşavirədə Mərkəzi Seçki Komissiyası, Ali Məhkəmə və Bakı Apellyasiya Məhkəməsinin təmsilçiləri tərəfindən “Vətəndaşların seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onların araşdırılması qaydası”, “Seçki hüquqlarının müdafiəsi ilə bağlı qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi” və “Məhkəmədə seçki hüquqlarının müdafiəsi ilə bağlı işlər üzrə icraat” mövzularında təqdimatlar keçirilib, seçki mübahisələrinin həllinə dair çıxışlar dinlənilib. Bu cür tədbirlər Seçki şikayətləri və səmərəli müdafiə vasitələri ilə bağlı işlərin təkmilləşdirilməsinə müsbət təsir edir.
- Səsvermə günü
- Venesiya Komissiyası prezident seçkilərinin iş gününə düşə biləcəyi ilə bağlı öz narahatlığını bildirmişdi ki, bu narahatlıq da artıq aradan qaldırılmışdır. Seçki Məcəlləsinə edilən son dəyişikliyə əsasən 8.2-ci maddə aşağıdakı redaksiyada ifadə edilmişdir: “Səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab edilmir”.
- Məcəlləyə edilən düzəlişlərdən biri də seçki bülletenlərinin qoyulması üçün nəzərdə tutulan zərflərin ləğv edilməsidir. Əvvəlki Məcəllənin 106.3-cü maddəsində seçki məntəqələrində səslər hesablanarkən hansı hallarda səslərin etibarsız sayıla bilməsi barədə müddəa nəzərdə tutulmuşdu ki, hazırda həmin maddə Məcəllədən çıxarılmışdır.
- Növbəti düzəliş səsvermə günü seçicilərin barmaqlarının gözlə görünməyən mürəkkəblə işarələnməsidir.
- Digər düzəlişə əsasən (56-cı düzəliş) əgər əvvəlki məcəllədə (maddə 105.2) seçicilərin səsvermə otağından kənarda səs vermək istəməsi haqqında müraciətləri səsvermə gününə azı 2 gün qalmış DSK tərəfindən təsdiq olunurdusa, hazırda həmin müddət 12 saata qədər azaldılmışdır ki, bu da operativliyə və seçicilərin hər hansı səbəbdən səsvermədə iştirakdan kənarda qalması faizinin azalması deməkdir.
- 62-ci düzəlişə əsasən seçkinin ilkin nəticələri əvvəlki SM-də olduğu kimi 2 gün sonra deyil, DSK tərəfindən MSK-ya təqdim edildikdən dərhal sonra seçki dairələri üzrə səsvermənin nəticələrini ümumiləşdirən cədvəl şəklində dərc edilir və MSK-nın internet səhifəsində yerləşdirilir. Bu düzəliş də seçkinin nəticələrinin ictimaiyyətə operativ çatdırılması və prosesin şəffaflığı deməkdir.
- Seçki Məcəlləsi nəticələr üzrə yekun protokolun yalnız şikayətlər üzrə qoyulmuş müddət başa çatdıqdan və bütün şikayətlərə məhkəmələr tərəfindən baxıldıqdan sonra MSK tərəfindən tərtib edilməsi və yoxlanılmaq üçün Konstitusiya Məhkəməsinə göndərilməsi tövsiyəsinə əməl edilib.
V Müzakirə obyekti olan tövsiyələr:
- Seçki komissiyalarının paritet əsaslarla formalaşdırılması, seçki komissiyalarının formalaşdırılması zamanı balansın qorunması.
- Dövlət orqanlarının seçkilərə müdaxiləsinin qarşısının alınması.
- Qeydiyyat depozitinin ləğv olunmasını nəzərdə tutan düzəliş (24-cü düzəliş)
- Diffamasiyanın cinayət məcəlləsindən çıxarılması
- Namizədlərin qeydiyyatı prosesi üzrə qoyulmuş müddətlərə yenidən baxılması;
- Namizədlərin seçkiqabağı təşviqatının dövlət tərəfindən maliyyələşdirilməsi mexanizmlərinin yenilənməsi;
- Şikayət və müraciətlərə baxılması üçün ekspert qruplarının təyin olunması ilə bağlı mühüm tövsiyələr;
• Müxalifət partiyalarının mitinq keçirmək hüququna qarantiya verilməsi və toplaşma azadlığı ilə bağlı zəmanət.