
Azərbaycanın qədim və gənc ruhlu şəhəri Gəncə yeni mərhələyə qədəm qoyur. “TABIA Group”un təqdim etdiyi Ramada Plaza Gence rəsmi olaraq qapılarını açaraq, ölkənin qonaqpərvərlik tarixində növbəti mühüm səhifəni yazıb.
Açılış mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, dövlət və özəl sektorun nümayəndələri, eləcə də “TABIA Group”un tərəfdaşları iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb, ardınca “TABIA Group”un baş icraçı direktoru Uygar Koçaş səhnəyə çıxaraq açılış nitqi ilə çıxış edib.
“Cəmi bir neçə gün öncə — oktyabrın 18-də “TABIA Group”un rebrendinqinin bir illiyini qeyd etdik”, — deyə Uygar Koçaş çıxışında bildirib. O əlavə edib: “Bu bir il ərzində çox şey dəyişdi. Biz yeni otellər açdıq, beynəlxalq brendlərlə əməkdaşlıqları gücləndirdik, regionlarda iş imkanları yaratdıq. Amma ən önəmlisi biz insanların həyatına dəyər qatdıq. “TABIA Group”un əsas məqsədi yalnız otel idarəçiliyi deyil, insanların rifahına, regionların inkişafına töhfə verməkdir”.
Tədbirdə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bildirib ki, Ramada Plaza Gence kimi beynəlxalq brendin şəhərdə fəaliyyətə başlaması Gəncənin iqtisadi və turizm potensialını daha da gücləndirəcək: “Ramada Plaza Gence yalnız bir otel deyil, Gəncənin gələcək inkişafına inamın göstəricisidir. Bu cür layihələr şəhərimizə yeni nəfəs gətirir — həm xidmət keyfiyyəti, həm də yerli əhalinin məşğulluğu baxımından mühüm əhəmiyyət daşıyır”.
“Gəncənin yeni Xəmsəsi” şüarı altında keçən açılış mərasimi otelin təqdimatı, musiqi və incə zövqlə seçilmiş yeməklərlə davam edib. Bu konsept Gəncənin mədəni ruhunu və müasir qonaqpərvərlik anlayışını birləşdirən beş dəyəri simvolizə edir: irsi, innovasiyanı, qonaqpərvərliyi, rahatlığı və insanı.
Otelin 181 otaq və lyuks süitləri, geniş restoranları, SPA və fitness mərkəzi, eləcə də müasir konfrans və tədbir zalları var. Ramada Plaza Gence həm işgüzar səfərlər, həm də istirahət məqsədilə səyahət edənlər üçün şəhərin mərkəzində unikal bir rahatlıq mühiti yaradır.
“TABIA Group” Azərbaycanın aparıcı qonaqpərvərlik şirkətlərindən biri kimi illərdir ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən şəhər, kurort və sağlamlıq hotellərini vahid dəyərlər və strateji baxış altında birləşdirir. “TABIA”nın missiyası sadəcə rahat məkanlar yaratmaq deyil, həmçinin insanların rifahını artırmaq, yerli dəyərləri yaşatmaq və dayanıqlı inkişafı dəstəkləməkdir.
Son illər “TABIA Group” Azərbaycan qonaqpərvərliyinə yeni nəfəs gətirən mühüm layihələrə imza atıb. Bu uğurların davamı kimi, Ramada Plaza Gence “TABIA Group”un qərb bölgəsinə gətirdiyi növbəti böyük brenddir. Gəncənin tarixi və mədəni ruhu ilə qlobal qonaqpərvərlik standartlarının qovuşduğu bu layihə təkcə bir otel deyil, həmçinin şəhərin gələcək simvoluna çevrilən yeni başlanğıcdır.
Daha ətraflı məlumat üçün “TABIA Group”un rəsmi vebsaytına daxil olun: www.tabia.az
Ramada Plaza Gence oteli, onun xidmətləri və təklifləri barədə daha çox öyrənmək üçün www.ramadaplazagence.com ünvanına daxil ola və ya +994 51 201 90 00 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Ünvan: Nizami Gəncəvi prospekti 519, Gəncə, Azərbaycan, AZ2019.
















Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib
Prezident İlham Əliyev Düşənbədə MDB dövlət başçılarının qeyri-rəsmi şam yeməyində iştirak edib VİDEO









