
Amerikalı siyasi icmalçı, bu yaxınlarda çapdan çıxmış “Dağlarda qətl: Xocalıda hərbi cinayət və Dağlıq Qarabağ münaqişəsi” adlı kitabın müəllifi Raul Loueri Kontreras “TheBlaze” xəbər agentliyinin məşhur aparıcısı Kris Salsedonun radio verilişində çıxış edib.
Müsahibə zamanı Kris Salsedo Raul Kontrerasdan xahiş edib ki, o, öz kitabı haqda və Xocalı şəhərində baş vermiş, amerikalıların çoxunun eşitmədiyi hadisələr barədə məlumat versin. R.Kontreras Dağlıq Qarabağ münaqişəsi barədə, o cümlədən Azərbaycanın dinc əhalisinə qarşı erməni qoşunları tərəfindən törədilmiş Xocalı qırğını barədə ilk dəfə hansı şəraitdə eşitməsini amerikalı radio dinləyicilərinə söyləyib. Müəllif deyib ki, bu hərbi cinayətin təhqiqatı prosesində o, Xocalı qırğınından salamat çıxmış iki məcburi köçkünlə görüşüb, onlardan dörd saatlıq müsahibələr alıb. R.Kontreras vurğulayıb ki, həmin müsahibələr kitaba daxil edilib.
Verilişin aparıcısı daha sonra müsahibinin dinləyicilərə Azərbaycanda siyasi vəziyyət barədə məlumat verməsini xahiş edib. R. Kontreras vurğulayıb ki, Azərbaycan ABŞ-ın tərəfdaşıdır, 2001-ci ilin sentyabr ayında Nyu-Yorkda və Vaşinqtonda terror hücumlarından sonra Azərbaycan Amerikaya kömək əlini uzadıb. R.Kontreras Azərbaycana səfəri barədə söhbət açaraq səfər müddətində Bakıda sinaqoqa, pravoslav və katolik kilsələrinə getməsini də xatırlayıb və xüsusi qeyd edib ki, Azərbaycan cəmiyyəti müxtəlif dini icmaların nümayəndələrinin dinc yanaşı yaşadığı tolerant cəmiyyətdir.
Müəllif vurğulayıb ki, Ermənistan Azərbaycan Respublikasının ərazisinin 20 faizini hələ də işğal altında saxlayır, erməni təcavüzü nəticəsində bir milyon azərbaycanlı öz ölkəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.
Yusif Babanlı, AZƏRTAC-ın xüsusi müxbiri, Vaşinqton










 
         
         
        





 
                 Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
	                            Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
	                            Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
	                            Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
	                            Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib
	                            Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib





 
                    


 
 
    
   
  
     
		   
		   
		

