1991-ci ildə Sankt-Peterburq Dövlət Universitetinin fəlsəfə fakültəsini fərqlənmə diplomu ilə bitirib.
1999-cu ildə “Fəlsəfə tarixində insan ruhunun ölməzliyi ideyası” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
“Qloballaşma dövründə dövlət idarəçiliyində elmin rolu” mövzusunda doktorluq dissertasiyası üzərində işləyir. 70-ə qədər məqalə və tezisi, 7 dərs vəsaiti, 1 metodik vəsaiti çap olunub. 16 beynəlxalq konfrans və simpoziumda iştirak edib. Dosentdir. Bakı Slavyan Universiteti Avropaşünaslıq kafedrasının müdiridir.
– Qarabağ düyününün çözülməsi üçün hər birimiz nəsə etməliyik. Bu mənada orta statistik fəlsəfə doktorumuzdan nə tələb olunur?
– Qarabağ gec-tez hərb və ya sülh yolu ilə Azərbaycana qaytarılacaq. Hər bir azərbaycanlı işindən, vəzifəsindən, peşəsindən asılı olmayaraq dözlətimizə faydalı olmalıdır. Hər bir alim kimi mən də tarixi kitablara, Azərbaycan, rus, türk , ingilis dillərində işıq üzü görmüş nəşrlərə istinad edirəm. İlk növbədə Azərbaycan tarixi, dili, mədəniyyəti, fəlsəfəsi və incəsənətinin zənginliyini təbliğ etməyi özümə borc bilirəm. Auditoriyadakı mühazirələrimdə, çap olunmuş məqalələrimdə, beynəlxalq konfrans və simpoziumlarda keçirilən görüşlərdə də Azərbaycanın qədim və ulu torpaq olmasını, mədəniyyətinin və tarixinin dərin köklərinin olmasını vurğulayıram.
Hər bir elm adamının silahı onun öz elmi yolu olmalıdır. Ümumiyyətlə, sübut üçün faktlardan, statistikadan istifadə etməyi xoşlayıram. Məsələn, rus tarixçisi, şair və publisisti V.L. Veliçko hələ 19-cu əsrdə “Кавказ. Русское дело имежплеменные вопросы”kitabında bildirir: ” Bütün qafqazlılar bilirlər ki, ermənilər burada köklü xalq kimi olmamış, İran və Türkiyədən qaçqınlar kimi 19-cu yüzilliyin birinci yarısında görünməyə başlamışlar” Tarixə nəzər salsaq, 1831-ci ildə İrəvan şəhərinin əhalisinin əksəriyyəti (18766 nəfərdən 15 922 nəfəri), 1866-cı ildə isə 27246 nəfərdən 23626 nəfəri azərbaycanlılar olub. Erməni dili hibrit – yəni calaq dil olub. Erməni soyadlarının yalnız 28 faizi erməni dilində yaranan soyadlarıdır. Erməni dilində 4200 – dən çox türk sözu var. Türk, fars, ərəb, assur-babil, yunan, gürcü və digər dillərdən çoxsaylı sözlər götürülüb. Ermənistanda olan kəndlərin mütləq əksəriyyətində azərbaycanlılar yaşayırdılar.
Yeri gəlmişkən, gec-tez Qarabağ problemi həllini tapacaq. Amma biz işğalı, erməni əsilli cinayətkarların vəhşikillərini unuda bilməyəcəyik.
– Erməni alimləri ilə hansısa beynəlxalq tədbirdə görüşməmisiniz ki? Onların elmi və “elm”i haqqında nə demək olar?
– Alman səyyahı Albert Kert deyirdi ki, türklərlə iş görəndə şifahi razılaşma kifayətdir, müqavilə bağlamağa ehtiyac yoxdur. Yunanla işbirliyinə girəndə hökmən müqavilə bağlamaq lazımdır. Erməni ilə müştərək işə gəldikdə isə, sənədləşmə də sizə aldanmaqdan xilas edə bilməyəcək.
Xaricdə olan konfranslarda, simpoziumlarda erməni alimləri ilə görüşməmişəm. Çox təəssüf ki, ermənipərəst Avropa, Rusiya alimləri ilə rastlaşmışam. Bu alimlər ya məlumatsızdılar, ya da erməni “alim”ləri tərəfindən yanlış məlumatlarla “təchiz” ediliblər.
– Ali təhsil müəssisəsində çalışırsınız. Müasir tələbəmizin portret cizgiləri barədə nə deyə bilərsiniz? Və onların içində uzaq olmayan gələcəkdə fəlsəfə doktoru olmaq istəyənlərin, elmi yolu seçmək istəyənlərin sayı çoxdurmu?
– Tələbə auditoriyası hər zaman olduğu kimi müxtəlifdir, rəngarəngdir. Təbii ki, gənclərlə işləmək çox maraqlıdır. Müasir tələbələrin portret cizgilərində çox aktiv olma, dinamiklik , xarici dillərə meyllilik, müasir dövrlə bağlı məlumatlılıq diqqətimi çəkir. Qədim yunan filosofu Pifaqorun deyirdi ki, tələbə boş qab deyil ki, biz onu dolduraq, tələbə məşəldir və onu alovlandırmaq lazımdır ki, o elmə yiyələnsin. Hər muhazirəmdə tələbələr tərəfindən verilən suallar göstərir ki, onlar fəlsəfə ilə maraqlanırlar. Düşünürəm ki, tələbələrimizi arasında elm yolu seçmək niyyəti olanların sayı az deyil.
– İndi də alim kimi planlarınızdan danışaq.
– Hal-hazırda “Qloballaşma dövrünün dövlət idarəçiliyində elmin rolu” adlı doktorluq dissertasiyası üzərində işləyirəm. Monoqrafiyamı çap etdirməyi planlaşdırıram. Əlavə olaraq XX əsr Qərb fəlsəfəsinin Habermas, Zimmel, BuNezerimde monoqrafiya ve kitab nəşr etdirməkdir. Əlavə olaraq 20-ci əsr Qərb fəlsəfəsinin Habermas, Zimmel, Blummer və digər nümayəndələrinin sosiologiyasında multikultural cəmiyyətin xüsusiyyətlərinin öyrənilməsi məndə daha çox maraq oyadır.
– Sizə uğurlar arzulayırıq.
1905.az