
Azərbaycan Respublikasına rəsmi səfərə gələn Rumıniya Prezidenti Klaus Yohannisin fevralın 2-də rəsmi qarşılanma mərasimi olub.
AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Rumıniya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rumıniya Prezidenti Klaus Yohannisi qarşıladı.
Fəxri qarovul dəstəsinin rəisi Rumıniya Prezidentinə raport verdi.
Prezident Klaus Yohannis Azərbaycan əsgərlərini salamladı.
Azərbaycan Prezidenti İlham Əliyev və Rumıniya Prezidenti Klaus Yohannis fəxri qarovul dəstəsinin qarşısından keçdilər.
Rumıniyanın və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.
Azərbaycan nümayəndə heyəti Rumıniya Prezidentinə, Rumıniya nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olundu.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Rumıniya Prezidenti Klaus Yohannisin qarşısından keçdi.
Dövlət başçıları rəsmi foto çəkdirdilər.










        
        
        





                
	                            Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
	                            Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
	                            Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
	                            Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
	                            Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib





                    


 
    
   
 
    
		  
		  
		
