
Rumıniyanın “Amos News” xəbər agentliyi öz saytında Azərbaycan Dövlət İnformasiya Agentliyinin – AZƏRTAC-ın işğal altında olan torpaqlarımızda ermənilərin törətdikləri vəhşilikləri aydın göstərən videosunu və fotolarını yerləşdirib. Həmin video və fotolar Azərbaycanın işğal edilmiş müxtəlif ərazilərində – Dağlıq Qarabağda, Sədərək rayonunun Kərki kəndində, Zəngilan rayonunun Məmmədbəyli kəndində, Laçın və Kəlbəcər rayonlarında, Cəbrayıl rayonunun Xələfli və Qumlaq kəndlərində və s. yerlərdə çəkilib.
Materiallarda, həmçinin Şuşa qalasının, Şuşa məscidinin, məşhur Gövhər Ağa məscidinin, Azərbaycan qəbiristanlıqlarının, o cümlədən Yerevan yaxınlığında Ağdədə qəbiristanlığının, Ağdamdakı Çay evinin və başqa yerlərin indiki vəziyyəti əks olunub.
Video və fotolarla aşağıdakı linkdə tanış ola bilərsiniz: http://www.amosnews.ro/vandalismul-din-nagorno-karabakh-imagini-2016-12-07
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest
















Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər VIDEO
Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO









