Rusiya xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrov fevralın 19-da Moskvada slovakiyalı həmkarı, ATƏT-in fəaliyyətdə olan sədri Miroslav Layçak ilə görüşündən sonra verdiyi bəyanatda bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə ATƏT-in Minsk qrupunun üzvləri sıx əlaqə şəraitində fəaliyyət göstərirlər və artıq onlar dövlət başçıları və XİN rəhbərləri ilə görüşlər keçiriblər.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin yanvarın 16-da Parisdə keçirilmiş görüşü də konstruktiv atmosferdə keçib. S.Lavrov əlavə edib ki, həmsədrlər yalnız dialoq üçün şərait yaradılmasına kömək edə bilərlər, bu məsələdə qərarları isə məhz münaqişə tərəfləri özləri verməlidirlər.
AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, S.Lavrov Ermənistanda yeni hökumətin olduğunu nəzərə alaraq münaqişənin nizama salınması prosesinin nə dərəcədə intensiv davam edəcəyini anlamaq üçün əlavə vaxta ehtiyac olduğunu bildirib.
ATƏT-in fəaliyyətdə olan sədri Miroslav Layçak isə bildirib ki, problemin həlli yollarını müzakirə etmək üçün mart ayında Bakı və Yerevana səfər etməyi planlaşdırır. Slovakiyanın münaqişənin sülh yolu ilə həlli prosesini dəstəklədiyini diqqətə çatdıran nazir əlavə edib ki, ATƏT-in fəaliyyətdə olan sədri kimi Minsk qrupunun üzvləri ilə mütəmadi görüşlər keçirir.
















Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər VIDEO
Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO









