“Dağlıq Qarabağ münaqişəsi zonasında aprel hadisələri ATƏT-in Minsk qrupu üçlüyünün vasitəçiliyinin vacibliyini göstərdi”.
APA-nın məlumatına görə, bu sözləri Rusiyanın ATƏT yanında daimi nümayəndəsi Aleksandr Lukaşeviç təşkilatın Daimi Şurasında çıxışı zamanı deyib. “Azərbaycan və Ermənistan prezidentlərinin Vyana və Sankt-Peterburq görüşündə əldə edilən razılaşmaların tam icra olunmasına çağırırıq. Fransa və ABŞ-la birlikdə Dağlıq Qarabağ münaqişəsinin həllində konsensusun əldə olunması istiqamətində kömək etməyə davam edəcəyik”, – deyə o, bildirib.