Bu yaxınlarda heyrətamiz bir sənəd, üzərində Rusiyanın cənub hissəsinin, qonşuluqdakı Qafqaz respublikalarının təsviri olan xəritə əlimizə keçib. Xəritəni milliyyətcə alman olan və hazırda ABŞ-da yaşayan dostumuz göndərib.
Xəritəyə məktub da əlavə olunub, amma bu barədə biz az sonra danışacağıq. Hətta səthi nəzər saldıqda belə, xəritədə Ermənistanın qeyri-adi görünüşünü sezmək mümkündür. Əldə etdiyimiz sənəddə Rusiyanın geniş cənub rayonları Ermənistanın tərkib hissəsi kimi göstərilir. Naməlum müəlliflər Krasnodar və Stavropol diyarları kimi əzəli rus torpaqlarını, Volqoqrad və Rostov vilayətlərinin yarısını Ermənistanın ərazisi kimi göstəriblər. Ayrıca olaraq qeyd etmək lazımdır ki, bu qəribə coğrafi təsvir üzərində sonradan aydınlaşdırdığımız kimi, erməni dilində yazı yazılıb. Bu simvolları köçürərək, heç nədən şübhələnməyən bir nəfər erməniyə müraciət etdik və nə yazıldığını rus dilinə tərcümə etməyini xahiş etdik. Tərcümə belə səslənirdi: “Böyük Ermənistan”. Əlavə edilmiş məktubda yazılmışdı ki, bizə göndərilən xəritə Amerikanın çoxsaylı erməni diasporu arasında yayılır. Ermənistandan olan emissarlar “Böyük Ermənistan” adlı layihəni gerçəkləşdirmək üçün amerikalı həmvətənlərindən iri məbləğdə pul vermələrini xahiş edirlər. Bu material bizi maraqlandırdı və öz təhqiqatımızı apardıq…
…İndi biz ermənilərin iki yüz ildən artıqdır ki, gerçəkləşdirməyə hazırlaşdıqları “Böyük Ermənistan” layihəsi ilə bağlı təhqiqat faktlarımızı şərh edəcəyik. 1826-1828-ci illərdə, Qafqaz hələ bütünlüklə Rusiyaya məxsus olmadığı dövrdə, bu ərazidə 40 min nəfər İrandan, 84 min nəfər isə Türkiyədən erməni yerləşdirildi. Yelizavetpol, İrəvan və Tiflis quberniyalarının ən yaxşı torpaqları onlar üçün ayrıldı. Ermənilərin yerləşdirilməsi üçün müsəlmanlardan 2 milyon rubla, 20 min desyatin torpaq sahəsi ayrıldı. Belə bir səxavətdən sonra Rusiyanın cənub hissəsinə heç kəsin dəvət etmədiyi daha 50 min erməni axışdı. Bütün bunlar I Nikolayın vaxtında olmuşdu. Krım müharibəsindən sonra Rusiya imperiyası türklərlə döyüşdə çoxsaylı əsgər həyatı bahasına Qara dəniz sahillərini əldə etdi və bu əraziləri məskunlaşdırmaq məqsədilə Kiçik Asiyadan ermənilər köşürüldü. Bu hadisələrsə artıq II Aleksandrın dövründə baş verdi. 1877-1878-ci illərdə Türkiyə ilə uğurlu müharibədən sonra İmperiyanın Zaqafqaziyadakı mülkləri daha iki vilayət hesabına artdı. Misal üçün deyək ki, yalnız Qars vilayətinə özbaşına 90 min erməni ailəsi köçdü. Rus çarının iltifatından istifadə edən ordu generalı Ter-Qukasov Sürməli qəzasına 35 min erməni ailəsi yerləşdirdi. Elə həmin dövrdə Qafqaz canişini qraf Şeremetyev arzuolunmaz gəlmələrin Rusiyanın cənubundan çıxarılmasını hökumətdən təkidlə xahiş edirdi. Lakin erməni xislətinə yaxşı bələd olan Türkiyə onları qəbul etməkdən imtina edirdi. Qafqazın yeni canişini knyaz Qolisin 1897-ci ildə özbaşına məskunlaşmış 300 min nəfər erməni aşkar etmişdi. Rusların misilsiz qonaqpərvərliyindən istifadə edən həyasız ermənilər Rusiyanın Qafqaza aid olmayan cənub rayonlarında məskunlaşmağa çalışdılar. II Nikolayın hökmranlığının əvvəllərində erməni köçkünlərinin get-gedə artan axınları Rusiya imperiyasının cənubuna axışırdılar. Təbii ki, bu qədər sayda köçkün Zaqafqaziyada yerləşə bilməzdi. Onda ermənilər indiki Rostov, Volqoqrad, Həştərxan vilayətlərinin, eləcə də Krasnodar və Stavropol diyarının ərazilərinə soxuldular. Xeyirxah II Nikolay çağırılmamış gəlmələri geriyə, Türkiyə, İran və başqa ölkələrə deportasiya edə bilmədi və onlara Rusiya imperiyasının təbəəçiliyi verməkdən başqa əlacı qalmadı. Doğrudanmı, Rusiya hökumətində heç kəs ermənilərin belə bir konsentrasiyasının təhlükəliliyini hiss etmirdi? Əlbəttə ki, yox. Böyük knyaz Mixail Nikolayeviç mərkəzi quberniyalardan 500 min ermənin Zaqafqaziyaya köçürülməsinin vacibliyini təkidlə söyləyirdi. Lakin daxili işlər naziri, erməni Loris-Melikov iyrənc intriqalar sayəsində çarı bundan imtina etdirə bildi. Elə bu hiyləgər qafqazlının sayəsində rusların Qafqazda şəhərlərdən kənarda məskunlaşmasını qadağan edən qərar qəbul olundu. Bu qanun rus kəndlilərinə kənd torpaqlarının mülkiyyətçisi olmalarına mane oldu. Bu tarixi həqiqətdə təsəlliverici heç nə yoxdur. Qafqaz uğrunda çoxlu rus qanı tökülüb. Nəyin naminə? Göründüyü kimi, bu torpaqlara 2 milyon erməni və yalnız 200 min rus yerləşdirmək üçün. Bütün bu hadisələr çarların hakimiyyəti və Rusiya imperiyasının mövcudluğu dövründə baş verirdi. Məhz bu zamandan etibarən Rusiyanın cənub vilayətlərinin ermənilər tərəfindən “fəth olunması” başlandı…
http://rusrepublic.ru/ saytında gedən və müəllifləri A.Danilin, M.Sergeyev olan “Böyük Ermənistan” layihəsi” məqaləsi əsasında hazırlanıb
Hazırladı: Gündüz Nəsibov